Təki həmişə “Ədəbiyyat” qələbə çalsın

Təki həmişə “Ədəbiyyat” qələbə çalsın
13 aprel 2011
# 12:52
“AYB-nin sədri, xalq yazıçısı Anar Kulis.az-a müsahibəsində “Ədəbiyyat qəzeti ”nə televiziyalarla bağlı icmal yazmağı təklif etdiyini bildirmişdi: « Bəzi təkliflər də vermişəm, ya eləyə bilmirlər, ya eləmək istəmirlər. Məsələn, telekanallar barədə icmal vermələrini istəmişdim».

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı isə Anarla telekanallar məsələsini müzakirə etdiyini bildirdi:

“Bu problemin məni də çox maraqlandırdığını dedim, lakin hər cəhətdən ümid ediləsi professional müəllifi tapmağın çətinliyini gizləmədim. Səhv etmirəmsə, bir neçə gün sonra həmkarımız, telejurnalist Qulu Məhərrəmlinin adını çəkdi. Razılaşdığını dedi və bu barədə onunla danışmağımı məsləhət gördü. Mən Qulu Məhərrəmli ilə telefon danışığımızda Anar müəllimlə olan söhbətimizi və onun təklifini yetirdim. Qulu Məhərrəmli çalışacağını bildirdi və bu işin çətinliyini xatırlatdı, mən də öz növbəmdə onun göndərəcəyi materialı gözlədiyimizi dedim”.

Təklifə təkliflə cavabladım

Telejurnalist Qulu Məhərrəmli Ayaz Vəfalının ona belə bir təklifi məhz Anarın adından verdiyini təsdiqlədi:

“Mən təklifə təkliflə cavab verdim. Dedim ki, belə bir həftəlik icmal yalnız “Ədəbiyyat qəzeti ”ndə deyil, bütün qəzetlərdə olsa yaxşıdır. Yalnız mənim yazmağım etik cəhətdən də məqsədəuyğun deyil, çünki mən özüm televiziya işçisiyəm. Bunun bir forması tapılmalıdır, qəzetlərin öz əməkdaşları yazmalıdırlar ki, telekanallar da ağızlarına gələni verməsinlər, ictimai qınaqdan çəkinsinlər.”


Ayaz Vəfalı müsahibəsində həm də “525-ci qəzet”ə qələbə çalmaları barədə fikir söyləyib: “Geniş oxucu kütləsinə yaxşı məlumdur ki, məşhur «Əli və Nino» romanı mövzusunda Rəşad Məcidin baş redaktoru olduğu «525-ci qəzet»lə bizim «Ədəbiyyat qəzeti» arasında davam edən mübahisə – fikir müxtəlifliyi, nəhayət, təqribən on illik bir vaxtdan sonra «Ədəbiyyat qəzeti»nin xeyrinə həllini tapdı.


Bunu heç kim sübut etməyib

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, təki “Ədəbiyyat qəzeti” həmişə qələbə çalsın: “Kaş, əvvəlki vaxtlarda olduğu kimi oxucular həsrətlə o qəzetin çıxmasını gözləsinlər ki, oxuyub məlumatlarını artırsınlar. Bizim elə bir müharibəmiz olmayıb, sadəcə “Əli və Nino” əsəri barədə fərqli mənbələrə əsaslanmaqla müxtəlif fikirlərə söykənmişik, o məsələ də hələ də müzakirə mövzusudur. Heç kim tam sübut edə bilməyib ki, “Əli və Nino” Əsəd bəyindir, yoxsa Yusif Vəzir Çəmənzəminlinin.”

Ramilə Qurbanlı
# 2272 dəfə oxunub

Oxşar xəbərlər

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər