MKM münsifləri əsərləri oxumağa başlayıblar

MKM münsifləri əsərləri  oxumağa  başlayıblar
11 aprel 2011
# 16:32
Milli Kitab Müsabiqəsinin növbəti mərhələsinə çıxmış 10 əsərin oxunma prosesinə başlanıb. Kulis.az münsiflər heyətinin üzvlərinə müraciət edərək oxuduqları əsərlər barədə fikrini öyrəndi.

AYB-nin gənclər katibi Rəşad Məcid:

“Artıq çox sürətlə mütaliə etməyə başlamışam. Hələlik dörd əsər oxuya bilmişəm. Azər Abdulla, Etimad Başkeçid, Aslan Quliyev, bir də Mirmehdi Ağaoğlunun əsərlərini . Etimadın əsərlərini əvəllər də oxumuşam, mənə tanış müəllifdir. Azər Abdullanın əsərini başladım və çox maraqla da davam edirdim. 90-cı illəri əhatə etdiyi üçün bu qənaətdə idim ki, bu günkü hadisələrlə tamamlayacaq, amma çox tələsik sonluqla rastlaşdım. Aslan Quliyev peşəkar yazıçıdır. Mirmehdi Ağaoğlu istedadlı gəncdir, amma konkret müsabiqədə olan əsərindəki vulqarizm onun uğuruna maneə olacaq. Bu dörd əsər arasında hələ ki, qeyri-adi, məni təccübləndirə biləcək bir əsər görmədi.”

“Qanun” nəşriyyatının baş redaktoru Şahbaz Xuduoğlu:

“Dörd əsər oxumuşam. Pərvizin, Mirmehdi Ağaoğlunun, Azər Abdullanın. Hal-hazırda əlimdəki Etimad Başkeçidin hekayələridir. Gözlənilməz dərəcədə yaxşı nəsr əsərləri ilə tanış oluram. Ona görə də seçim etmək zənnimcə çətin olacaq. Sevinirəm ki, Azərbaycanda nəsr inkişaf edir. Dil baxımından da heç birində irad görmürəm.

Fəlsəfə professoru Niyazi Mehdi:

“Dörd-beş əsər oxumuşam, maraqlı əsərlərdir, amma hələ içərilərində yüksək sənət nümunəsi qarşıma çıxmayıb. Maraqlı da olsalar, yüksək sənət kriteriyalarına cavab vermirlər. Ümumiyyətlə heç biri parlaq ədəbiyyat deyil .”

Yazıçı Afaq Məsud:

“ Hələ birini belə oxumamışam, ona görə də fikir deyə bilmərəm .”


Ramilə Qurbanlı
# 2076 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər