İstismar müddəti bitmiş zarafatlar - SİYAHI

İstismar müddəti bitmiş zarafatlar - SİYAHI
13 iyul 2011
# 06:00
Bir-birimizi güldürmək, kefimizi açmaq üçün hər gün onlarla zarafat edirik. Bəzi zarafatla sözlə, bəzilərini hərəkətlə edirik.

Gənclər arasında hər dövrün özünə görə zarafatları olur. Amma zaman keçdikcə bu zarafatlar köhnəlir, yeniləri çıxır. Həm də çox işlədildiyindən dadı duzu qaçır.

Həm də müasir insanı köhnə zarafatlarla güldürmək çətindir. Lakin bəzi adamlar israrla zarafat repertuarlarında mühafizəkarlıq edərək istismar müddəti bitmiş zarafatları edirlər.

Bəşir Səfəroğlunun məşhur “ölünün də qıdığı gələr” səhnəsi indi çox az adam üçün gülməlidir. Amma vaxt var idi həmin səhnələri saatlarla alqışlayırdılar.

Kulis.az bəzi vaxtı keçmiş zarafatları təqdim edir:
- “Pulu vermişəm, düşərsən” - bu zarafat metroda işlənilirdi.
- “Metronun təkəri partladı” – bunu da metroda qatar dayananda deyirdilər.
- “Aydın deyil, filankəsdi”. Bir şey haqqında danışda qarşıdakı adam “aydındı” deyirdisə, əvəzində bu zarafat edirdilər. Və yaxud “su aydınlıqdı” ifadəsini işlədəndə, əvəzində “Aydın deyir? mənlik deyil” zarafatını edirdilər.
- “Sabah boşsan?- Yox, Panasonikəm”- Bu Azərbaycan dilindəki “boş” sözü ilə məşhur “Bosch” arasındakı söz oyunu nəticəsində yaranmış zarafat idi.
- Tualetə gedən adam haqda zarafatla “mədəniyyət sarayına gedib” ifadəsini işlədirdilər.
- “Sizdə qazlar gəlir? - Bəli! - Onda qapını aç, ördəklər də gələcək!”
- Bir nəfər o birindən siqaret aldıqdan sonra, alışqanı istəmək üçün belə deyirdi: “P.xu vermisən, qaşığı da ver”
- Dekabrın 31-də bir-birindən ayrılanda “gələn il görüşərik” zarafatını edirdilər.
- “Gəl, yemək ye!”- “Yemişəm!”- “Mən də qarpızam”
- “Necəsən? Elə bildim cücəsən” bu zarafat o qədər köhnəlib ki, bəlkə də çox adamın yadından çıxıb.
- Evə zəng edib “Salam, sizə soyuducu lazımdır?”- deyə soruşurdular. “Yox” cavabını alanda isə deyirdilər: “Onda çıxardın qoyun qapının ağzına gələk aparaq”
- Danışığında “ona qalsa” şərt cümləsini işlədən adama söz oyunu oynayıb, indiki saatı demək də kifayət qədər köhnəlib.
- “Nikolayın vaxtında”. Bu zarafatı keçmiş zamanı ifadə etmək üçmün deyirdilər.
- “Keçmiş birinci ildə”. Bu zarafat da ömrünü çoxdan başa vurub.
- “Nəylə gəlmisən: 11 nömrə ilə”. Piyada gəlməyi ifadə etmək üçün işlədilən bu zarafata da az təsadüf olunur.
-


Günel Əsgərzadə
# 4900 dəfə oxunub

Oxşar xəbərlər

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər