Rasim Balayevin sədr seçilməyinin yeganə səbəbi - Aqşin Yenisey

Rasim Balayevin sədr seçilməyinin yeganə səbəbi - Aqşin Yenisey
6 mart 2024
# 11:00

Kulis.az Aqşin Yeniseyin Azərbaycandakı kino ittifaqları - Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşmə konfransında Rasim Balayevin sədr seçilməsi ilə bağlı statusunu təqdim edir.

Rasim Balayev kinoçıxaranların sədri seçilib. Səbəb, hətta yeganə səbəb: Azərbaycan kinosunda əməyi olub.
Ölkədəki bütün mədəni, elmi durğunluğun ana səbəbidir bu "əməyi olub" düşüncəsi.

Elmdə əməyi olan qarşılıq olaraq elmin gələcəyini, taleyini istəyir.
Ədəbiyyatda əməyi olan qarşılıq olaraq ədəbiyyatın gələcəyini, taleyini istəyir.
Kionada əməyi olan qarşılıq olaraq kinonun gələcəyini, taleyini istəyir.

Otuz ildir bütövlükdə mədəniyyətin, elmin əlini-qolunu bağlayıb atmışıq sovet dövründə "əməyi olanların" qabağına ki, halal xoşunuz, əməyinizin qarşılığıdır, kim hardan bacardı.

# 763 dəfə oxunub

Müəllifin son yazıları

# # #