news-inner
clock14:19 calendar-gray 29 Aprel 2021 view-gray7483 dəfə oxunub
view-gray7483 dəfə oxunub

“Mixaylo” ilə dedi-qodusu yayıldı, Amerikaya köçdü, onu ömürlük tapa bilmədilər - Uzaq sahillərdə qeyb olan “Anjelika”

Kulis.az məşhur sovet aktrisası, “Uzaq sahillərdə” filmində Anjelika obrazı ilə məşhurlaşan Aqniya Yelikoyeva haqqında maraqlı faktları təqdim edir.


Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb.

***

Aqniya Yelikoyevanı yaxın dostları onu daha çox Anqnyuşa deyə çağırırmışlar. Yaşıdlarından fərqlənən gözəlliyi ilə Aqniya həm də maraqlı aktrisa, həddindən çox ciddi insan, yaxşı dost olub.

Teatr fəaliyyəti ilə yanaşı Aqniya Yelikoyeva SSRİ-də çəkilən “Ovod”, “Vətəndən uzaqlarda”, “Vəkil” adlı filmlərdə müxtəlif rollar oynayıb.

***

Azərbaycanlı tamaşaçı Aqniya Yelikoyevanı rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilən məşhur “Uzaq sahillərdə” filmindən tanıyıb və sevib.

***

“Uzaq sahillərdə” filminin çəkilişləri zamanı texniki heyətdə çalışan Şahin Qalabəyli filmin çəkilişlərinə başlama mərhələsini belə xatırlayır:
“Nodar aktyor Ülvi Rəcəbin qardaşı oğlu idi. Batumidə yaşayırdılar, acar idilər, amma İslamı qəbul etmişdilər. Həmin vaxt Moskva teatrında çalışırdı. Anjelika rolu üçün Aqniya Yelikoyevanı da oradan dəvət etdilər”.

Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıqoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.

***

N. Şaşıqoğlunun dəliqanlı xarakteri məlum olduğundan çəkiliş meydançasında çoxlarını Nodarla Aqniyanın münasibətlərinin necə olacağı düşündürürmüş. Ancaq Nodar bu haqda belə yazır:
“Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi”.

Həyatda qarşılaşdığı gözəl qızlara biganə qalmayan Nodar Şaşıqoğlu “Uzaq sahillərdə” filmindəki qəşəng tərəf müqabilləri, onlarla münasibətləri haqda medianın suallarını cavablandırarkən bunları da əlavə edib: “Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”.

***

Aqniya Yelikoyevanın “Uzaq sahillərdə” filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.

Aktrisanın kino karyerası 1953-cü ildən, 1988-ci ilə qədər davam edib. SSRİ dağılan dövrdə, 90-cı illərin əvvəllərində aktrisa Sovet İttifaqını tərk edərək həmişəlik ABŞ-a köçüb orada yaşamağa başlayır. Aktrisa haqqında ən son məlumat bu olub. Bundan sonra hətta onun yaşayıb, yaşamadığı barədə də heç bir məlumat əldə etmək mümkün olmayıb.

news-inner-user

18683 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021
Musa Yaqub vəfat etdi
15:35 07 May 2021
Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
15:21 07 May 2021
“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021