writer1

Sərdar Amin

Məqalə sayı

120
clock12:22 calendar-gray 19 Fevral 2021 view-gray1135 dəfə oxunub
view-gray1135 dəfə oxunub

NASA hoqqaları

Rəqabət nailiyyətin rəhnidir. Rəqabətsiz sahələrdə yaranan monopoliya rəhbərlərinə avtoritarlıq qazandırır. Belə sahələrdə səmimiyyət, həqiqət gözləmək sadəlövhlükdən başqa bir şey deyil.

Ötən gecə NASA-nın 5-ci - “Perseverance” adlı aparatının Marsa endiyi deyildi. “Soytarı kral”ın qaranquşları olan beynəlxalq televiziyalar, agentliklər bir gecəyə bütün dünyaya bu möhtəşəm xəbəri yaydılar.

Eşiyə çıxa bilməyən sadə vətəndaşlar, xaricə gedə bilməyən sahibkarlar, müflisləşən şirkət sahibləri – hər kəs elə bu xəbəri gözləyirdi.

NASA-nın cəmiyyətə ötürdüyü informasiyalar insanlar tərəfindən birmənalı şəkildə yeyilir. Hətta, bir çox adamlar özlərini “cool” göstərmək, dünyada baş verən yeniliklərdən anında xəbər tutduğunu bildirmək üçün bu materialları paylaşır, cəmiyyətdə də bu sahəyə saxta maraq yaranır. Guya bu dünya özündə baş verən hadisələrlə artıq həmin adamlar üçün qəti maraqlı deyil, ümid qalıb Marsa, Aya...

Təbii, insanlarda hələ kəşf olunmamış məkanlarla bağlı çox ciddi maraq var, bu öz yerində. Ancaq etiraf edək ki, əksər adamlar saxta ədayla NASA haqqında özünü nəsə bilmiş kimi göstərmək istəyir. Azərbaycanın coğrafi koordinatlarını soruşsan, bilməz və bu bilgisizliyindən qəti utanmaz. Amma “NASA nədir?” sualına cavab verə bilməyəndə elə sarsılır, sanki əzizini söyürsən.

Bu günə qədər kosmik kəşflərlə bağlı fotolar, videoların saxta olması haqqında yetərincə iddialar, videolar izləmişik. Xüsusən də, Ayın fəthi ilə bağlı yayılan fotoların saxta olması iddiaları ilə hamınız tanışsız. Əslində, mən bu yazı ilə Ayın fəthini, yaxud da bu gün İlon Maskın çıxardığı hoqqaların həqiqətən uzaq olduğunu demək istəmirəm. Ancaq məsələ budur ki, NASA-nın, ümumilikdə ABŞ-ın bu kimi müstəvilərdə rəqibi yoxdursa, biz onun informasiyalarına birmənalı necə inana bilərik?

Gəlin, bir obraz yaradaq, adını qoyaq Qərib. Qərib deyir:

Sabah çıxıb desələr ki, Marsda dəniz var, hansı əsasla inanmayacaqsınız? Suyu lazımdı, onu da gətirərlər.

Bir müddət sonra əlavə olunsa ki, Marsın səthində aparılan çəkilişlər zamanı 4 okean, 10-dan yuxarı göl aşkarlanıb. Həmin sularda müxtəlif növ canlıların yaşadığı da istisna olunmur. Bir il sonra həmin canlılar haqqındakı informasiyalar Mars haqqında deyilmiş xüsusiyyətlərə uyğunlaşdırılsa, bir gün də siçan və ilan geninin qarışığından yaradılmış bir heyvan Marsda yaxalanan ilk canlı adı ilə bizə soxuşdurulsa və bu ssenari illərlə davam etsə, əksini kim sübut edəcək?

Hansı avadanlıqla, hansı etimadla, hansı tribuna ilə?

Bunları Qərib deyirdi, mən isə yenə sözümün əvvəlinə qayıdıram və həmin cümləni olduğu kimi kopyalayıb sizə yenidən təqdim edirəm:

Əslində, mən bu yazı ilə ayın fəthini, yaxud da bu gün İlon Maskın çıxardığı hoqqaların həqiqətdən uzaq olduğunu demirəm.

Amma Qəribin iddiaları haqqında düşünmək sizdən nəsə almır.

Son əsrdə bəşəriyyətə xidmət edəcək təməl ixtira yoxdur. Bütün ixtiralar törəmədir və eyni texnologiyanın təkmilləşdirilməsinə hesablanıb. İndi bəziləriniz düşünə bilərsiniz ki, bütün ixtiralar o zaman olub, bitib, indi heç bir təməl kəşfdən söhbət gedə bilməz.

Ancaq elm və alimlər özləri belə etiraf edir ki, bu günə qədər olunan kəşflər dəryada bir damla boydadır. Bəs bu reallıqlar çərçivəsində niyə kainatla, yerin nüvəsində min illərlə davam edən yanğının mənbəyi ilə bağlı ciddi nəsə deyə bilmirlər. Günəş enerjisinin milyon illərdir helium və hidrogen qazlarının yanmasından yarandığı iddiasını qəbul edirik, lakin bu barədə daha heç bir detal ala bilmirik.

Niyə?

Niyə bu məlumatlar təkmilləşmir?

Axı həmin qazlar yananda kimyəvi proses baş verir, kimyəvi hadisələr isə ilkin materialların məhvi ilə yekunlaşır. Belə olduğu halda sonsuz kainata işıq və isti verdiyi iddia olunan Günəşin ətrafındakı helium və hidrogen qazları niyə tükənmir? Nə vaxtsa tükənə bilərmi? Və s. v.i.a.

Texnologiyanın hiper inkişafı fonunda biz kainat, Günəş, Yer haqqındakı məlumatların təkmilləşdirilməsinə ehtiyac duyulan digər sahələrdə niyə hiper inkişaf görmürük?

Sovet və ABŞ-ın bir-birinə əzələ nümayişindən doğan kosmik yarış zamanı olunan ixtiraların bu gün davam etməməsi, daha doğrusu, həmin sürətlə davam etməməsi Aya insan səyahəti və digər kəşflərin soyuq müharibədə qalibiyyət üçün uydurulan “kəşflər” olduğuna dair səslənən iddiaları düşündürücü etmirmi?

Qərib iddia edir ki, əslində NASA xəstələnmiş, yetişmədən puç olmuş, çürümüş insanların maraqlarını sığallayan, onları toxtadan bir ədəbiyyat, nağıl kitabıdır. Mars gedilməsi mümkün olan bir yer olsa belə, bu dünya sakinləri heç vaxt oranı birbaşa fəth etməz, etsə belə onu insanlara qənaətlə çatdırar. Çünki rəqibsiz bir şirkət üçün bu, qənaətlə istifadə olunacaq informasiya mənbəyidir.

Bu gün üzünü Aya, Marsa tutub bahalı kəşflər etdiyini iddia edən ölkələrin, qurumların bir virusun öhdəsindən gələ bilməməsi, gülünc görünmürmü? Hər il dünyanın bir ölkəsində müharibə ocağı yaradan, demokratiya adı altında dünyanı böyük bir monopoliyaya çevirən ölkələrin bu gün fantastik kosmik iddialar səsləndirməsi də, insanların gözündə əsl simasını gizlətməkdən başqa nədir?

Dünyanın rəngarəngliyini məhv edib boz planetlərdə rəng axtaran ölkələr sizi heç qıcıqlandırmırmı?

Virus bütün dünyanı bürüdüyü halda çarə kimi ölkələr arasında sərhədləri qapadan bir dünya hakimiyyətindən nə gözləyirsiz?

Qorxun ki, o bahalı aparatlar gedib Marsda da “koronavirusun mutasiya olunmuş forması”nı tapsın.

Dünyada isə hər gün minlərlə insanın koronovarisdan qərib-qərib öldüyünü oxuyuruq...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021
Kamal Sunal adına muzey açılacaq
18:38 21 Aprel 2021
Fuentesin kitabı onlayn təqdim olunacaq
18:18 21 Aprel 2021
“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021
Çingiz Aytmatovun xanımı vəfat etdi
17:30 20 Aprel 2021