Əfsanəvi tenorun villası yarıldı - 500 min avroluq qarət

Əfsanəvi tenorun villası yarıldı - 500 min avroluq qarət
29 iyun 2026
# 11:00

Dünyaca məşhur italyan opera müğənnisi Andrea Boçellinin Toskana kurortunda yerləşən villası qarət olunub.

Kulis.az xəbər verir ki, bu barədə İtaliyanın "Il Tirreno" nəşri məlumat yayıb.

Hadisə mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilib və ilkin qiymətləndirmələrə görə, sənətçiyə təxminən 500 min avro dəyərində maddi ziyan dəyib.

Siqnalizasiya söndürülüb, qapılar açıq qalıb...

Oğurluq hadisəsi cümə günündən şənbəyə keçən gecə, yerli vaxtla saat 21:00-dan gecə yarısına qədər olan vaxt kəsiyində qeydə alınıb. Cinayətkarlar tenorun Vittoriya-Apuana bölgəsindəki villasına daxil olarkən məkanda heç kim olmayıb. Belə ki, Boçellinin evini tətil müddətinə icarəyə götürmüş amerikalı ailə əylənmək üçün şəhərə çıxıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, oğruların işi olduqca asanlaşıb. Villa lazımi qaydada kilidlənməyib. Təhlükəsizlik və siqnalizasiya sistemi söndürülmüş vəziyyətdə saxlanılıb.

Nəticədə, cinayətkarlar heç bir maneə olmadan içəri daxil olub, evdəki bütün qiymətli əşyaları götürərək aradan çıxıblar. Onlar arxalarında heç bir iz buraxmayıblar. Hazırda polis cinayətkarları tapmaq üçün şəhər kameralarının qeydlərini araşdırır. Vılladan bahalı çantalar, nağd pul, zərgərlik məmulatları və lüks qol saatları oğurlanıb.

Milyonçuların kurortu və merin açıqlaması

Boçelli ailəsi Versiliya bölgəsində bir neçə villaya sahibdir və onların bir qismini zəngin turistlərə kirayə verir. Forte-dei-Marmi kurortu imkanlı şəxslərin toplaşdığı məkan olduğuna görə tez-tez hədəfə çevrilir.

Şəhərin meri isə mövzu ilə bağlı mətbuata verdiyi açıqlamada təhlükəsizlik üçün hər şeyin edildiyini vurğulayıb:

"Hökumət olaraq asayişin qorunması üçün əlimizdən gələni etmişik. 9 kilometrlik küçələrdə 140 videomüşahidə kamerası quraşdırılıb, daha 26-sının alınması üçün vəsait ayrılıb. Həmçinin polis və özəl mühafizə tərəfindən 24 saatlıq avtopatrul xidməti təşkil olunub."

Andrea Boçelli kimdir?

Andrea Boçelli Toskana doğumlu dünyaşöhrətli italyan tenorudur. O, uşaq yaşlarında görmə qabiliyyətini tamamilə itirsə də, musiqi dünyasında zirvələrə ucalıb. Boçelli klassik musiqi tarixində kommersiya baxımından ən uğurlu ifaçılardan biridir; o, karyerası ərzində 15-dən çox studiya albomu buraxıb və dünya miqyasında 90 milyondan çox nüsxə satış statistikasına sahibdir.

# 430 dəfə oxunub

Oxşar xəbərlər

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

18:10 21 avqust 2026
Türkiyədəki qədim kurqanda qazıntılar başladı

Türkiyədəki qədim kurqanda qazıntılar başladı

15:30 21 avqust 2026
Rahatlıq tapmaq üçün gələnlər, "İncil"i oxuyub üz tutanlar və pakistanlı rahib...- Müqəddəs Məryəm Katolik Kilsəsindən reportaj

Rahatlıq tapmaq üçün gələnlər, "İncil"i oxuyub üz tutanlar və pakistanlı rahib...- Müqəddəs Məryəm Katolik Kilsəsindən reportaj

15:10 21 avqust 2026
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

14:30 21 avqust 2026
1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

14:00 21 avqust 2026
Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

12:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər