Yüz ilin tənhalığı - Yeni tərcümə

Yüz ilin tənhalığı - Yeni tərcümə
1 avqust 2011
# 15:11
Məşhur Kolumbiya yazıçısı, Nobel mükafatçısı Qabriel Qarsia Markesin “100 ilin tənhalığı” romanı ilk dəfə Azərbaycan dilinə tərcümə olunaraq kitab halında satışa çıxarılıb.

Kitab “Qanun” nəşriyyatında “Ən Yeni Tərcumə” seriyasından çap olunub. Kitabı Azərbaycan dilinə Günel Mövlud tərcümə edib.

Roman Markes yaradıcılığının şah əsəri hesab olunur və əksər dünya dillərinə tərcümə olunub. İndiyə qədər bu yazıçının bir çox əsərləri Azərbaycan dilinə çevrilsə də, təəssüf ki, onun ən maraqlı və müzakirələr doğuran bu romanını doğma dilimizdə oxumaq imkanı əldə etməmişdik.

“100 ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi öz əksini tapıb. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən hekayətdir. Tənhalıq, ailə üzvlərinin bir–birindən aralı düşməsi, onların bir – birini anlaya bilməmələri romanda, həqiqətən mifik xarakter daşıyır.

Eyni zamanda, romanda mif parodiyası var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəqletmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi gülüşü parodiya vasitəsidir.

Günel ƏSGƏRZADƏ
# 4935 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı “qnişka” - Babək Məmmədlinin yeni hekayəsi

Qırmızı “qnişka” - Babək Məmmədlinin yeni hekayəsi

09:00 27 may 2025
Qadınların ovçusuna çevrilən Nağıyev - İki zabitin qatili həbsxanadan necə qaçdı?

Qadınların ovçusuna çevrilən Nağıyev - İki zabitin qatili həbsxanadan necə qaçdı?

09:00 26 may 2025
Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi

Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi

12:00 21 may 2025
Klassika, yoxsa plagiat... - "Yad et məni" şeiri oğurluqdur?

Klassika, yoxsa plagiat... - "Yad et məni" şeiri oğurluqdur?

15:00 20 may 2025
Çaldıran döyüşü Kərbəla faciəsinin ideoloji davamıdır - Fəxri Uğurlu

Çaldıran döyüşü Kərbəla faciəsinin ideoloji davamıdır - Fəxri Uğurlu

09:00 20 may 2025
Şeyxin müavini:  "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"

Şeyxin müavini: "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"

12:00 16 may 2025
# # #