Saxta biletlər, saxta konsertlər... - Zeynəb Xanlarovanın adından dələduzluq

Saxta biletlər, saxta konsertlər... - Zeynəb Xanlarovanın adından dələduzluq
29 may 2025
# 18:43

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Kulis.az xəbər verir ki, bu haqda müğənninin instaqram səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Z.Xanlarovanın adından saxta profillər açılıb:

"Nəzərinizə çatdırmaq istəyirik ki, Zeynəb Xanlarova heç bir sosial şəbəkədən istifadə etmir. Onun adına açılmış bütün səhifələr pərəstişkarları tərəfindən, sənətkara qarşı olan sevgilərini bildirmək məqsədi ilə fəaliyyət göstərir. Həmçinin "@zeynebxanlarovamusic" səhifəsi də pərəstişkarı tərəfindən idarə olunur. Səhifəmizdə olan paylaşımları Zeynəb xanımın adından və rəsmi səhifə olaraq, ictimaiyyətə təqdim etməyin".

Xanlarovanın konsert verəcəyi deyilərək bilet satılır:

"Zeynəb Xanlarovanın adından saxta konsert verəcəyi xəbəri yayılıb. Bilet satışı ilə dolandırıcılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın. Rəsmi konsert xəbərləri yalnız müğənninin etibarlı və rəsmi kanalları vasitəsi ilə paylaşılır. Aldanmayın, diqqətli olun".

# 2062 dəfə oxunub

Oxşar xəbərlər

Roş-Ha-Şana təntənəsi, Şuşa qalasının vitrajı, qədim Tövrat nüsxələri - Dağ yəhudilərinin sinaqoqundan reportaj

Roş-Ha-Şana təntənəsi, Şuşa qalasının vitrajı, qədim Tövrat nüsxələri - Dağ yəhudilərinin sinaqoqundan reportaj

14:00 15 sentyabr 2026
Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

13:30 15 sentyabr 2026
Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

13:21 15 sentyabr 2026
Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı - Məktəb həyəcanının pərdəarxası

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı - Məktəb həyəcanının pərdəarxası

13:00 15 sentyabr 2026
Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

12:30 15 sentyabr 2026
Bakıda Bilik Günü - FOTOLENT

Bakıda Bilik Günü - FOTOLENT

12:04 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər