“Kontrabas” festivala yola düşür

“Kontrabas”  festivala yola düşür
30 may 2025
# 17:05

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Udmurtiya respublikasının paytaxtı İjevsk şəhərində keçirilən III "TukFest" beynəlxalq teatr festivalda çıxış edəcək.

Kulis.az xəbər verir ki, yunun 3-də və 6-da nümayiş olunacaq birhissəli səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Qeyd edək ki, sözügedən tamaşa bu ilin may ayında Qazaxstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalında iki mükafat qazanaraq vətənə dönüb.

# 2316 dəfə oxunub

Oxşar xəbərlər

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

11:34 14 mart 2026
“Birinci akt”  tamaşasının premyerası oldu

“Birinci akt” tamaşasının premyerası oldu

14:40 13 mart 2026
“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər