İntihar edən oğul, repressiya məruz qalmış nəvə - Tarixin kulisi

İntihar edən oğul, repressiya məruz qalmış nəvə - Tarixin kulisi
30 may 2025
# 10:20

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Mirzə Fətəli Axundovun oğlu Rəşid bəyin qəribə və faciəli ömür yolu haqqında faktları təqdim edir.


Mirzə Fətəli Axundovun oğlu Rəşid bəyin qəribə və faciəli ömür yolu haqqında

Rəşid Mirzə Fətəli oğlu 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olub. 1863-72-ci illərdə Tiflis klassik gimnaziyasında təhsil alıb. 1874-də ali təhsil almaq üçün Brüsselə getsə də, 1878-ci ildə atasının vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir və geri qayıtmağa məcbur olur. 1882-də təhsilini tamamlamadan Tiflisə qayıdır, az sonra təhsilini bitirmək üçün Peterburqa gedir və yol mühəndisi ixtisasına yiyələnir.

1883-1884-cü illərdə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində çalışıb.

Mikayıl Rəfili “Mirzə Fətəli Axundov” adlı əsərində yazır: “Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir”.


Mirzə Fətəli Axundov

Yuxarıdakı fikirlər düşünməyə əsas verir ki, atası Mirzə Fətəlinin ölümündən bərk sarsılan Rəşid bəy uzun müddət toparlana bilmir və düşdüyü depressiya, ümidsizlik onun həyatına ciddi şəkildə təsir edir. Uzun müddət dövlətin etimadsızlığından əziyyət çəkən Rəşid bəy 1905-ci ildən quberniya katibi vəzifəsini də icra etməyə başlayır. Amma ruhi sarsıntılar onu qarabaqara izləyirmiş…

Şəmistan Nəzirlinin araşdırmalarında 1909-cu il yanvarın 30-da Müfti Mirzə Hüseyn Əfəndi Qayıbovun Bakıda həkim işləyən oğlu Bahadır bəy Qayıbova yazdığı məktuba rast gəlirik: “Rəşid bəy molxulyanın (melanxoliya, ruh düşkünlüyü-Ö. X. ) “qələbə”sindən sonra məyusluqla özünü tapança ilə qətl elədi. Oğlu Fətəli bu günlərdə gələsidir. Rəşid bəy məni və Xanbaba xanı apekun (qəyyum) təzim edibdir. Bu barədə də kağız yazıbdır. Bu gün “Kafkaz”dakı cənab sərdara və qrafinyaya oxunan nitqini (reçini) müsəlmançasını mən tərtib edib, sonra Nərimanov ruscasını sərdara və qrafinya hüzurlarında oxuduq. Hər ikisi çox razı qaldılar və sərdar dedi ki, bu beş nəfər qızların vəsaitimlə Svyataya Ninaya götürməkləri mənim tərəfimdən bir cüzi nümunədir. Gələcəkdə gücüm çatan qədər müsəlman uşaqlarının təlim və tərbiylərinə çalışacağam”.


Rəşid bəy

Rəşid bəy Axundovun yeganə oğlu Fətəli, bəzi məlumatlara görə, “Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.

Rəşid bəyin ədəbiyyat tariximizdə də özünəməxsus rolu olub. 18 yaşındaykən "Şarl Mismerin Ali paşaya məktubu" fəlsəfi əsərini fransızcadan ruscaya; Alfred dö Breanın "Bir balaca parijlinin həyatı" romanınısa fransızcadan dilimizə çevirib; atasının irsini o qoruyaraq saxlayıb.

Mirzə Fətəli Axundov kimi bir dahinin oğlunun intihar etməsi, nəvəsinin repressiya qurbanı olması... Eyni zamanda bu barədə məlumat da azdır.

Ümid edək ki, araşdırmaçılar bu məsələdə daha fəal olacaqlar…

# 823 dəfə oxunub

Oxşar xəbərlər

Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof - Firuz Mustafa

Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof - Firuz Mustafa

12:00 31 may 2025
Məşhur Keniya yazıçısı vəfat edib

Məşhur Keniya yazıçısı vəfat edib

19:56 29 may 2025
8 günə 50 min insanı öldürən qərar: "Günahkarların cəzasını verdik..."

8 günə 50 min insanı öldürən qərar: "Günahkarların cəzasını verdik..."

09:00 29 may 2025
"Əskidən milliyyətçiliklə damğalananlar bu gün..." - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

"Əskidən milliyyətçiliklə damğalananlar bu gün..." - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

09:00 28 may 2025
Dilimiz, qeyrətimiz, vətənimiz... - Şahın son vəsiyyəti

Dilimiz, qeyrətimiz, vətənimiz... - Şahın son vəsiyyəti

09:00 23 may 2025
"Zorla əfv ərizəsi yazdırırdı, amma…" - Aldanmışlar, təhqir edilmişlər və satılmışlar

"Zorla əfv ərizəsi yazdırırdı, amma…" - Aldanmışlar, təhqir edilmişlər və satılmışlar

09:00 22 may 2025
#
#
# # #