"Qaraca qız"ın premyerası olub

"Qaraca qız"ın  premyerası olub
22 dekabr 2025
# 11:41

Azərbaycan Dövlət Kukla Teatrında Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Kulis.az xəbər verir ki, “Qorxulu nağıllar” silsiləsinə daxil olan hekayə 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilib və zamanla ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulub.

Kukla Teatrının səhnəsində isə bu əsər təxminən 1970-ci illərdə oynanılıb və qısa müddət sonra repertuardan çıxarılıb. Uzun fasilədən sonra əsərə yenidən müraciət olunub.

Bu dəfə “Qaraca qız”a həzin və düşüncəli yanaşma gətirilib, onun vizual gücü artıb. Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edilib. Nəticədə, final səhnəsində faciə yumşalaraq, qəhrəman simvola - əfsanəyə çevrilib, ona ümidverici mesaj qazandırıb.

Tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır.

Tamaşanın bəstəkarı Əməkdar artist Vüqar Camalzadən, mahnı mətnlərinin müəllifi isə Sevinc Nuruqızıdır.

Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edib.

Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər.

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər