Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi
6 mart 2026
# 11:13

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 2026-cı il üçün repertuar planı təsdiq olunub.

Teatrın mətbuat xidmətindən kulis.az-a verilən məlumata görə, yeni yaradıcılıq mövsümündə tamaşaçılara dünya və Azərbaycan dramaturgiyasının seçilmiş nümunələri təqdim ediləcək.

Təsdiqlənmiş repertuar planına əsasən, 2026-cı ildə teatr səhnəsində dörd mühüm əsərin səhnə həyatı nəzərdə tutulur. Mövsümün I rübündə dünya dramaturgiyasının ən möhtəşəm nümunələrindən biri olan Uilyam Şekspirin “Hamlet” faciəsi tamaşaçılara təqdim ediləcək. Hazırda tamaşanın son məşq mərhələsi davam edir və yaxın günlərdə əsərin premyerasının keçirilməsi planlaşdırılır. Teatrın yaradıcı heyəti tərəfindən böyük həvəslə hazırlanan bu səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılanacağı gözlənilir.

2026-cı ilin II rübündə Amerika ədəbiyyatının tanınmış nümayəndəsi Con Steynbekin “Siçanlar və adamlar” əsəri əsasında hazırlanacaq tamaşa səhnələşdiriləcək. İnsan talelərini, dostluq və ümid mövzularını özündə ehtiva edən bu əsərin səhnə həlli teatrsevərlərə fərqli və düşündürücü bir tamaşa təqdim etməyi hədəfləyir.

Mövsümün III rübündə isə Azərbaycan dramaturgiyasının klassik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsəri səhnəyə qoyulacaq. Milli dramaturgiyanın ən maraqlı və dərin məzmunlu əsərlərindən biri olan bu tamaşa yeni quruluşda tamaşaçılara təqdim ediləcək.

2026-cı ilin IV rübündə isə dünya dramaturgiyasının klassik nümunələrindən sayılan Sofoklun “Tiran Edip” faciəsi teatrın repertuarına daxil ediləcək. Antik dramaturgiyanın ən məşhur əsərlərindən biri olan bu səhnə əsəri insan taleyi, qismət və həqiqətin axtarışı kimi əbədi mövzuları özündə əks etdirir.

Qeyd edək ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı ötən il də zəngin yaradıcılıq fəaliyyəti ilə yadda qalıb. Belə ki, teatr kollektivi 2025-ci ildə tamaşaçılara 13 yeni tamaşa təqdim edib və bu tamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Teatr rəhbərliyi və yaradıcı kollektivi yeni mövsümdə də tamaşaçılara maraqlı səhnə əsərləri təqdim etməyi, klassik və müasir dramaturgiyanın ən yaxşı nümunələrini səhnədə canlandırmağı qarşıya məqsəd qoyub.

Qeyd edək ki, 2026-cı il repertuar planında yer alan tamaşaların hər biri teatrın yaradıcılıq axtarışlarının davamı olmaqla yanaşı, tamaşaçılara yüksək səviyyəli səhnə əsərləri təqdim etməyə xidmət edəcək.

# 1830 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər