Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi
2 sentyabr 2026
# 13:00

"Azərbaycan Dövlət Kukla Teatrında yeni teatr mövsümünə başlanılıb. Yeni mövsüm teatrın 95 illik yubileyinə təsadüf etdiyindən qarşıda zəngin yaradıcılıq proqramı dayanır. Yeni mövsümün ilk ümumi iclasında qarşıda duran əsas yaradıcılıq və təşkilati məsələlər müzakirə olunub, yubiley ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər barədə fikir mübadiləsi aparılıb".

Kulis.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.

Mətbuat katibi qeyd edib ki, ötən teatr mövsümü kollektiv üçün uğurlu və məhsuldar olub. Mövsüm ərzində tamaşa planı uğurla icra edilib, yeni tamaşalar hazırlanaraq təqdim olunub, ölkədaxili qastrol səfərləri və müxtəlif sosial-mədəni layihələr reallaşdırılıb:

“Əvvəlki mövsümdə əldə olunan nəticələr yeni yaradıcılıq mərhələsi üçün mühüm zəmin yaradıb. 95 illik yubiley mövsümündə yeni tamaşaların hazırlanması ilə yanaşı, yerli və beynəlxalq qastrol səfərlərinin, müxtəlif mədəni layihələrin, yaradıcılıq təşəbbüslərinin və yubiley tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Teatrın yerli və beynəlxalq qastrol proqramı da geniş olacaq. Artıq bir sıra səfərlərlə bağlı danışıqlar aparılır. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici teatr və sənət qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan kukla sənətinin beynəlxalq platformalarda daha geniş təqdim olunması yeni mövsümün əsas istiqamətləri sırasında yer alır. 95 illik yubiley teatrın yaradıcılıq tarixinin mühüm mərhələlərindən biridir. Yubiley ili ərzində həm teatrın zəngin ənənələrinin qorunması, həm də yeni yaradıcılıq istiqamətlərinin müəyyənləşdirilməsi diqqətdə saxlanılacaq. Yubiley çərçivəsində uşaqlar və ailələr üçün yeni mədəni proqramların hazırlanması, teatr sənətinin təbliği və Azərbaycan Kukla Teatrının 95 illik yaradıcılıq irsinin daha geniş auditoriyaya çatdırılması istiqamətində bir sıra layihələr həyata keçiriləcək”, - deyə H.Rüstəmova əlavə edib.

# 575 dəfə oxunub

Oxşar xəbərlər

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" İrəvan Teatrının səhnəsində - Uğurlar və çatışmazlıqlar nə idi?

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" İrəvan Teatrının səhnəsində - Uğurlar və çatışmazlıqlar nə idi?

15:00 23 sentyabr 2026
Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər