Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanıldı

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanıldı
12 fevral 2026
# 14:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Nikolay Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanan “Evlilik” tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elşad Rəhimzadə, quruluşçu rəssamı Elmira Üzeyirova, rejissor assistenti Fuad Cavadzadə, xoreoqraf isə Ceyhun Dadaşovdur.

Tamaşada Xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, Naibə Allahverdiyeva, Əməkdar artistlər Şəfəq Əliyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Elnur Bəhramxan, Rasim Cəfər, aktyorlar Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Ramil Məmmədov, Elşən Hacıbabayev, Elgün Yəhyayev, Hökümə Rəhimzadə, Hilal Dəmirov, Xaliq Bəkirov, İmdad Tofiqoğlu, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Mətləb Abuşov iştirak edirlər.

Bildirilib ki, səhnə əsəri ömrünü səmərəsiz keçirən insanların həyatından bəhs edir. Qəhramanlar həyatlarını dəyişməyin ən asan yolunu evlilikdə görürlər.

Yaşı ötmüş kiçik məmur İvan Kuzmiç Podkolyosin evlənmək, tacir qızı Aqafya Tixonovna isə ərə getmək arzusundadır. Aradüzəldən Fyokla İvanovna da bu prosesdə şəxsi maraqları naminə fəallaşır. Qoqol əsərdə insan münasibətlərinə laqeyd yanaşmağın, ülvi hissləri oyuncağa çevirməyin acı nəticələrini satirik dillə təqdim edir.

# 1480 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər