İmam Hüseynə görə futbol oynamaqdan imtina edənlər – ARAŞDIRMA

<b>İmam Hüseynə görə futbol oynamaqdan imtina edənlər</b> – <span style="color:red;">ARAŞDIRMA
11 dekabr 2017
# 14:47

Geniş yayılmasa da müsəlmanlar arasında belə bir fikir var ki, İmam Hüseynə görə futbol oynamaq günahdır. Hətta bir müddət əvvəl Kulis.azda bu barədə bir yazı da getmiş, müəllif Ayxan Ayvaz Zülfi Livanelinin “Hüzursuzluq” adlı romanında belə bir fakta rast gəldiyini yazmışdı.

Tarixdən bildiyimiz kimi müasir futbol XIX əsrin ikinci yarısında İngiltərədə formalaşaraq dünyaya yayılıb. Futbolun yaranmasını isə daha çox Mayalara bağlayırlar. Tarixi mənbələr göstərir ki, mayalar kauçukdan hazırlanmış topla müasir futbola bənzəyən bir yarış keçirirmişlər. Bu yarışlar əyləncə məqsədi daşımır, əksinə dini ayin sayılırdı. Bununla mayalar tanrılara ibadət edirdilər. Şərqdə isə tarixən futbola bənzəyən çövkən oyunu olub. Bu oyun müasir polonu xatırladır. Əsas xüsusiyyəti ondan ibarətdir ki, at belində və xüsusi çomaqla oynanılır.

Çövkən oyunun da tarixi qədimdir. Eramızın birinci minilliyinin ortalarında formalaşıb. Futbol və çövkən oyunları haqqında məlumat verməyimizin məqsədi oxucunun gözləri önündə tarixi panorama yaratmaqdır. Mənşəyi Amerika olan futbolla İmam Hüseyni nə bağlaya bilər? Və bəzi müsəlman bölgələrində futbol niyə bəyənilmir?

Əsasən tarix üzrə ixtisaslaşmış türk jurnalist, televiziya aparıcısı Murad Bardakçı “Topla oynamaq günahdır əfsanəsinin tarixi” adlı yazısında XVII əsrdə yaşamış səyyah Övliya Çələbinin “Səyahətnamə”sindən sitat gətirir. Övliya Çələbidən olan sitatda əvvəlcə çövkən oyunu haqqında məlumat verilir, daha sonra isə belə bir qeyd yazılır: “...Din alimləri bu top oyununa izn verməyib onu qadağan ediblər və qadağanı səbəbi Kərbəla çölündəki hadisədir.

Həzrəti Hüseyn Kərbəlada şəhid edildikdən sonra mübarək başı onunla bərabər şəhid edilən digər mübarək insanların başlarıyla bərabər Şamda oturan Yezidə göndərilmişdi. Yezid həmin vaxt hamamdaymış və xəbəri alan kimi hamamdan çıxır, atına minir, əlinə bir çövkən çomağı alır və İmam Hüseyn Həzrətlərinin yerə qoyulmuş olan mübarək kəlləsini bu çomaqla vuraraq diyirlətməyə başlayır. Sonra digər Kərbəla şəhidlərinin başlarına da eyni oyunu gətirərək hoqqabazlıq edir.

Bundan sonra İmam Hüseynin kəlləsini on min əsgərlə bərabər Misirə göndərdi və “Bağlandığınız İmam Hüseynin başı” dedi. İmamın kəlləsi günlərlə buradakı Rumeli Meydanında qumlar üzərində qaldı. Bu ərəfədə Yezidə bağlı olan bəzi misirlilər İmamın başına ayaqları ilə vurdular...

...Misirdə və Anadoluda topla oynamaq bu üzdən qadağandır, “Yezid İmam Hüseynin başı ilə bu cür oynadı” deyə qadağan edilmişdir. Hadisə ərəb tarixlərində də açıq şəkildə yazılmışdır...” ("Seyahatnamə", Topqapı Sarayı Muzeyi Kitabxanası, Bağdad Kitapları, nömrə 305, cild: 4, vərəq: 234.a).

Övliya Çələbinin qeydlərindən görünür ki, Yezidin bu davranışı xalq arasında böyük qınaqla qarşılanmış və ondan sonra topla oynamaq Yəzidin məlum davranışını xatırlatdığı üçün bəyənilməmişdir. Üstəlik din adamları tərəfindən də qadağan edilibmiş.

Günümüzdə bu qadağa bir çox bölgələrdə unudulub. Futbol və ya çövkən oynamaq İmam Hüseynə qarşı hörmətsizlik hesab olunmur. Görünür bunda futbolun populyarlaşmasının da rolu az deyil.

# 3153 dəfə oxunub

Oxşar xəbərlər

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

11:48 8 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər