[b]Avraam Linkolnun məşhur məktubu - MƏTN[/b]

[b]Avraam Linkolnun məşhur məktubu - MƏTN[/b]
30 avqust 2017
# 16:46

Avraam Linkoln dünyanın ən məşhur şəxsiyyətlərindəndir. ABŞ-da quldarlığın ləğvi onun xidmətidir və sorğulara inansaq, Linkoln Amerika xalqının ən sevimli prezidentidir. Buna baxmayaraq, hakimiyyəti dövründə ən sərt tənqid olunan və ABŞ-ın ilk qətlə yetirilən prezident də odur. Avraam Linkolnun 4 oğlu olub, onlardan 3-ü yetkinlik yaşına çatmamış yatalaq və vərəmdən ölüb. Yalnız böyük oğlu Robert 82 il yaşayıb, hüquq və siyasətdə böyük karyera qurub. Avraam Linkoln 1855-ci ildə məşhur “Oğlumun müəlliminə məktub”u yazıb. Çox güman ki, məktub ən sevimli oğlu beş yaşlı Uilyamın müəlliminə yazılıbmış. Məlumat üçün deyək ki, Uilyam 11 yaşında ölüb. Məktubda tədris prosesində gerçəkdən vacib olan, amma unutduğumuz məsələlər haqda danışılır.

Kulis.az məktubu oxuculara təqdim edir.

“...Başa düşürəm ki, o, nə vaxtsa insanların heç də hamısının ədalətli və səmimi olmadığını bilməli olacaq. Amma qoy bilsin ki, bununla belə, hər alçaqda bir qəhrəman, hər eqoist siyasətçidə bir sadiq lider gizlənir.

Qoy bilsin ki, düşmən varsa, dost da tapılacaq. Ona başa salın ki, qazandığın bir dollar tapdığın beş dollardan daha dəyərlidir. Ona uduzmağı da, qələbədən həzz almağı da öyrədin.

Onu paxıllığa getməyə qoymayın, hündür səslə gülməməyi öyrədin. Qoy o bilsin ki, davakar və lovğa adam üzərində qələbə qazanmaq hər şeydən asandır. Bacarsanız, ona kitablarla maraqlanmağı öyrədin...

Ona əbədi sirlər haqda düşünmək üçün asudə vaxt verin: göydəki quşlar, günəş şüasında uçan arılar və yaşıl yamaclardakı çiçəklər haqda düşünsün.

Məktəbə gedəndə ona başa salın ki, uğursuzluğa tab gətirmək fırıldaqlıq etməkdən daha şərəflidir. Ona öz ideyalarına güvənməyi öyrədin. Hətta kimsə ona alınmayacağını desə də, o öz ideyalarına güvənsin.

Ona yumşaq adamlarla yumşaq, qəddar adamlarla qəddar davranmağı öyrədin.

Oğluma qalib tərəfin dalınca qaçan kütləyə qoşulmamağı öyrədin.

Ona hər kəsi dinləməyi öyrədin, ona eşitdiklərini həqiqət prizmasından keçirməyi və yalnız yaxşı olanları götürməyi öyrədin.

Bacarsanız, ona kədərli olanda da gülməyi öyrədin... Göz yaşlarında ayıb heç nə yoxdur, qoy bunu bilsin.

Ona siniklərə gülməyi, aşırı şöhrət azarından qaçmağı öyrədin.

Ona öz beyninin və əzələlərinin gücünü daha yuxarı qiymətə satmağı, lakin qəlb və ruhla heç bir halda alver etməməsini öyrədin.

Qoy qovğa edən kütləyə qulaq asmasın, əgər özünü haqlı sayırsa qalxıb döyüşməyi öyrədin.

Onunla incə rəftar edin, lakin həddini aşmayın, çünki yalnız odla sınağa çəkilmək polada yüksək keyfiyyət verir. Qoy cəsur olsun ki, hər şeyə dözməli olmasın. Qoyun dözümlülük öyrənsin ki, cəsur olsun.

Qoy özünə inamı yüksək olsun, belə də o, bəşəriyyətə də inamlı olacaq.

Bunlar asan məsələlər deyil, amma baxın nə edə bilərsiz... Mənim oğlum elə yaxşıdır ki...”

# 2604 dəfə oxunub

Oxşar xəbərlər

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

11:48 8 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər