Müəllim cildinə girmiş homoseksuallar! - Balaxanı məktəbində nələr baş verirdi?

Müəllim cildinə girmiş homoseksuallar! - Balaxanı məktəbində nələr baş verirdi?
15 iyul 2026
# 10:00

Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olub. İbtidai təhsilini mədrəsədə alıb, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilib. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənib. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilib. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilib.

Bir sıra məsul partiya və sovet vəzifələrində çalışıb (1928–1933). Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq edib. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olub. Həyatının son dövrlərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləyib. "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olub. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olub.

Kulis.az "Tarixin kulisi" layihəsindən Ağahüseyn Rəsulzadənin 1911-ci ildə "Səda" qəzetində çap olunan "Üsuli-cədid məktəbi və müəllimlərimiz" yazısını orijinal versiyada təqdim edir.


Hər millətin qüvveyi-istedadı və qabiliyyəti o millətin məkatib, mədarisindən anlaşılır. Zira hər məmləkətdə ki məkatib, mədaris çox olursa, o məmləkətin əhalisi rifah halıyla keçinib başqalarına əsir olmazlar.

Əvət, məkatib, mədaris dedikdə islam millətinin də haqqı var desin ki, bizim də hər yerdə məktəblərimiz var.

Məəttəssüf, məktəb və mədrəsə adlandırdığımız məkatib, mədaris məktəb və mədrəsə olmayıb, kəsalətxana və səfalətxana halına gəlmişdir.

Əgərçi bu son sənələrdə millət qayğısına qalıb millətimizin halını təmin, məkatib və mədrəsələrimizi islaha çalışanlarımız göründü. Üsuli-cədid üzrə məktəblər bina olunmağa başlandı, biz də ümidimizi istiqbala bağladıq, tez olar, təhti-əsarətdən qurtararız, dedik.

Fəqət əfsus, min kərə əfsus ki, ümidlərimiz qüvvətdən düşdük. Gördüyümüz məktəblərin çoxu bir para ləvvat və qumarbazların təhti-idarələrinə verildi.

«Üsuli-cədid» təsmiyə etdiyimiz məktəblər bütün avam camaat nəzərində qiymətdən düşdü. Məktəblərimiz tərəqqi və təkamül əvəzinə tənəzzülə başladı. Ümidimiz kəsildi.

«Üsuli-cədid» namını çəkdiyimiz zaman əhali bizi məsxərəyə, istehzaya başladı. Qüvvətdən düşdük, qüdrətdən düşdük.

Əvət, qüvvətdən, qüdrətdən biz düşmədik, bizi saldılar.

Kimlər?

Həmin müəllimlik libasına girib müəllimlik namını daşıyan ləvvat!

İştə, Balaxanı məktəbinin halı göz önündə durur. Gələcəkdə bu neçə sənədə keçirdiyi dövrünə dair müfəssəl məlumat verməyimizi vəd edib xətmi-kəlam ediriz.

Ağahüseyn Rəsulzadə


məkatib — məktəblər
mədaris — mədrəsələr
üsuli-cədid — yeni üsul
ləvvat — homoseksual

Əski əlifbadan transliterasiya: Tural Əlizadə

Layihənin digər yazıları:

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Bakıdan Şuşaya uzanan qırğının qarşısını kəsən nazir - Erməni vilayəti necə yaradıldı?

# 1735 dəfə oxunub

Oxşar xəbərlər

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər