Milanda “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası – FOTOSESSİYA

Milanda “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası – <span style="color:red;">FOTOSESSİYA
25 fevral 2015
# 13:20

İtalyanın Milan şəhərindəki “Teatro Filodramaticci”də Xocalı soyqırımından bəhs edən “Angelo rosso a Khodjaly” (“Xocalıdakı qırmızı mələk”) tamaşasının premyerası keçirilib.

“APA-Holdinq”in Milana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış tamaşa “APA Holdinq”ə daxil olan “lent.az” saytında Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb.

Tamaşanın ssenari müəllifi “lent.az”ın redaktoru Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihat İsadır.

Tamaşada Milan teatrının aktyor heyəti rol alıb.

Tamaşa Azərbaycan və İtaliya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.

Premyerada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər