Yəhudilərin öldürmək istədiyi qadını peyğəmbər niyə xilas etdi? – FOTOLAR

<b>Yəhudilərin öldürmək istədiyi qadını peyğəmbər niyə xilas etdi?</b> – <span style="color:red;">FOTOLAR
9 oktyabr 2017
# 16:31

Bibliya mətnləri zaman-zaman rəssamlar üçün ilham mənbəyi olub. Bu mövzular hər dəfə müxtəlif rəssamların yaradıcılığında istifadə olunsa da öz təravətini itirməyib, özünün aktuallığını qoruyub. Əksinə rəssamdan-rəssama mövzu daha da dərinləşib, fərqli görkəm alıb, rəsmsevərlərin yaddaşında daha da dərinləşib.

Həmin Bibliya mövzularında biri də “Sussanna və qocalar” motividir. Bu mövzuya Rembrandt, Rubens, Solomon Konnink, Qvido Reni, Massino Stansione, Artemiziya Centilezki, Federiko Korvelli, Batoni Pompeo və başqa rəssamlar müraciət ediblər.

“Susanna və qocalar” rəvayəti Bibliyanın “Danyalın kitabı” bölümündə yer alır. Tarixi faktlara görə Danyal B.E.Ə. dördüncü-beşinci əsrlərdə yaşayan peyğəmbərdir. O, Danial, Daniel kimi də tanınır. Davud peyğəmbərin nəslindən olan Danyal elmi və kəhanətləri ilə Babildə əsir olan yəhudiləri xilas edir.

Musəvilik, xristianlıqla yanaşı İslamda da peyğəmbər kimi qəbul edilsə də Danyalın adı Quranda keçmir.

Rəvayətə görə, hadisə yəhudilərin Babildə əsir olduqları zaman baş verir. Babil çarlığında yüksək vəzifəsi olan İoakimin arvadı Susanna bir gün bağda çimdiyi zaman iki qoca onu güdür. Deyilənə görə, bu qocalar elə-belə adam deyilmişlər, yəhudilər tərəfindən hakim təyin olunmuş hörmətli şəxslər imişlər. Yəni xalq arasında olduqca böyük nüfuzları varmış, onların sözündən çıxmaq mümkünsüz imiş.

Susannanın çılpaq bədənini görən qocalar qadının gözəlliyinə heyran qalırlar. Onunla yaxınlıq etmək istəyirlər. Bu məqsədlə də qadını yaxalayırlar. Ancaq Sussanna razı olmur. Belə olan halda qocalar onu hədələyirlər: “Bizimlə yatmasan hamıya yayacağıq ki, səni bağda sevgilinlə görüşən zaman görmüşük. Səni əxlaqsızlıqda günahlandırıb edam etdirəcəyik.”

Bu təhdidlərdən sonra Susanna onlara boyun əymir: “Allah qarşısında ləkələnməkdənsə sizin əlinizdən ölməyi seçirəm.”

Beləliklə ərinə xəyanət etməkdə günahlandırılan Susanna haqqında qocalar ölüm hökmü çıxarırlar. Lakin son anda Danyal peyğəmbər özünü yetirir və qoca yəhudiləri ayrı-ayrılıqda dindirərək onların yalanların üzə çıxarır. Bundan sonra qocalara ölüm hökmü kəsilir, Susannanın adı təmizə çıxır.

Ərə sədaqətin simvolu kimi qəbul edilən Susanna obrazı xristianlıqda da Babilli Susanna kimi anılır. Bəzi xristian alimləri isə onu ismətinə görə İsa Peyğəmbərin anası Məryəmlə müqayisə edirlər.

“Susanna və qocalar” motivi rəssamlıqda çox geniş yayılmış Bibliya süjetlərdəndir. O rəsmlərin bəzilərini təqdim edirik.

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər