Şairlərə əlavə səlahiyyət verilə bilər-Milli Məclisdə müzakirə

Şairlərə əlavə səlahiyyət verilə bilər-<span style="color:red;">Milli Məclisdə müzakirə
4 dekabr 2014
# 16:46

“"Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında" qanun hazırda ciddi müzakirə obyektidir”. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, həmin qanunda Azərbaycanda yaradıcı şəxslərə (şair, yazıçı, rəssam və bəstəkarlar) müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulur: “Həmin şəxslər Azərbaycan xalqının mədəniyyətini yaradırlar. Onlar QHT üzləri deyillər”.

Komitə sədri onu da bildirib ki, bədii yaradıcılıqla məşğul olan şəxslərin vergidən azad olunma ehtimalı var: “Onların kitabı dövlət hesabına çap oluna, ədəbi orqanların, jurnalların, qonorarları artırıla bilər”. N. Cəfərovun sözlərinə görə, elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar: “Başqa işdə çalışmadıqları üçün pensiya yaşına çatanda pensiya ala bilmirlər. Amma bir zamanlar fərdi yaradıcılıqla məşğul olanlar, yaradıcılıq təşkilatının üzvləri heç bir yerdə işləmədən pensiya ala bilərdilər”.

Millət vəkili vurğulayıb ki, hər hansı yazıçı, şair yazdığı şeirə görə aldığı qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcək və həmin vəsaitə uyğun da pensiya alacaq: “Yaradıcı insanlar bəzən o qədər də cəsarətli olmurlar. İş tapmağa can atmırlar. Çünki yaradıcılıqla iş tutmur”.

“Azərbaycanda böyük tarixi olan yaradıcı təşkilatları var. Onlar dövlət tərəfindən maliyyələşdirilir. Həmin təşkilatların dövlət, cəmiyyət qarşısında hansı məsuliyyət daşımaları isə qanunvericilikdə öz əksini tapmayıb” deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, bu qanun ilk oxunuşda çoxdan qəbul edilsə də, hazırda onun ikinci oxunuşa çıxarılması gözlənilir: “Burada da əsas məsələ maliyyə məsələsidir”.

# 2180 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər