Səməd Səmədovla Nadir Qafarzadə itlərini evləndirmək qərarına gəlib. Onlar ATV-də çıxış edərək “qohum olacaqlarını” elan ediblər. Səməd Səmədov öz iti ilə Nadir Qafarzadənin itini “qovuşdurmaq” qərarına gəlib: “Biz onlara toy etmək qərarına gəlmişik”.
Nadir Qafarzadə də “quda” olmalarına münasibət bildirib: “İtimi Səməd Səmədovun evinə gəlin köçürəcəyəm. Biz quda olacağıq. Toyda isə dünya ulduzları oxuyacaq”.
Mətbuatın gündəmini zəbt edən bu olay ağızdan-ağıza dilləri dolaşır. Nadirlə Səmədin “it qudalığı” azmış kimi müğənni Rəqsanə də övladlığa it götürüb. Hətta Rəqsanə itinə kişi müğənnilərimizdən birinin adını vermək istəsə də, sonda Tomi adının üstündə dayanıb: İsmayılov Tomi Rəqsanə oğlu.
Kulis.az itləri ilə gündəm yaradan müğənnilərin it sevgisi haqda ziyalılardan açıqlama alıb.
Millət vəkili, yazıçı Aqil Abbasın olaya münasibəti kəskin və qısa olub. Millət vəkilinin dediklərini olduğu kimi təqdim edirik: “Mən düşük adamlar və onların düşük hərəkətləri haqda danışmıram. Bu haqda danışmağı özümə yaraşdırmıram. Elə belə də yazarsınız”.
Yazıçı Günel Mövlud isə müğənnilərin bu “hərəkət”lərini yüngül addım adlandırıb: “Bu hərəkət onların səviyyəsizliyinin göstəricisidir”.
Bundan sonra insanların müğənniləri toya çağırıb-çağırmayacağı sualına xanım yazıçının cavabı belə olub: ” Bundan sonra nəinki onları, hətta onların itlərini də toya dəvət edəcəklər”.
Yazıçılar “it qudalar”ından danışdı
Oxşar xəbərlər
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"
12:00
19 sentyabr 2026