Ramiz Rövşənə “Türk dünyası elm, mədəniyyət və sənət mükafatı” verildi

Ramiz Rövşənə “Türk dünyası elm, mədəniyyət və sənət mükafatı” verildi
27 mart 2014
# 13:04

“Türk dünyası mədəniyyət paytaxtı” proqramının 2013-cü il qalibi seçilən Əskişəhərdə ilboyu həyata keçirilən silsilə tədbirlər yekun proqramla başa çatdırılıb.

Bu çərçivədə türk dünyasının tanınmış şəxsiyyətlərinə “Türk dünyası elm, mədəniyyət və sənət mükafatları” verilib. Mükafata Azərbaycandan şair Ramiz Rövşən layiq görülüb. “Media forum” saytının məlumatına görə, türk coğrafiyasının müxtəlif yerlərindən gəlmiş elm, mədəniyyət adamlarına və ictimai xadimlərə mükafatları Türkiyənin təhsil naziri Nəbi Avcı və Əskişəhər valisi Güngör Əzim Tuna təqdim edib.

Təntənəli konsert və şənliyin ardından “mədəniyyət paytaxtı” estafeti Tatarıstanın mədəniyyət nazirinə ötürülüb.

“Türk dünyası mədəniyyət paytaxtı” proqramı türkdilli dövlətlərin 2010-cu il sammitinin (İstanbul) qərarı ilə gerçəkləşdirilir. Məqsəd YUNESKO-nun “Qeyri-maddi mədəniyyət irsi” müqaviləsi çərçivəsində türk dövlət və xalqlarının ortaq dil, din, tarix və mədəniyyətini, adət və ənənələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə miras qoymaqdır.

Mədəniyyət paytaxtı ilk dəfə 2012-ci ildə Astana elan edilmişdi.

mediaforum.az

# 2522 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər