Zərnigar Ağakişiyevanın məzarını ziyarət ediblər

Zərnigar Ağakişiyevanın məzarını ziyarət ediblər
16 fevral 2018
# 12:06

Akademik Milli Dram Teatrının kollektivi Qubada xalq artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib.

APA-nın məlumatına görə, teatrın rəhbər şəxsləri və truppa üzvləri Zərnigar Ağakişiyevanın əziz xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar.

Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artistlər Sənubər İsgəndərli, Əli Nur, Hicran Nəsirova, Elxan Quliyev, Kazım Abdullayev, Vəfa Zeynalova, aktyorlar Rövşən Kərimduxt, Mətləb Abdullayev, Şəhla Əliqızı və başqaları Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıblar. Çıxış edən aktyorlar bildiriblər ki, Zərnigar Ağakişiyeva bütün ömrünü teatr sənətinə həsr edərək bir-birindən maraqlı rollar yaradıb, tamaşaçıların qəlbində özünəməxsus sevgi qazanıb.

Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris Teatrında aktrisa kimi çalışan Z. Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A. Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Z. Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

# 2107 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər