Bilik Fondu İstanbul Kitab Fuarında FOTOLAR

Bilik Fondu İstanbul Kitab Fuarında <span style="color:red;">FOTOLAR
18 noyabr 2014
# 16:43

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun aparıcı məsləhətçisi Qismət Rüstəmov noyabrın 8-dən 16-dək Türkiyədə keçiriliən 33-cü Beynəlxalq İstanbul Kitab Yarmarkasında iştirak edib.

Fondun İnformasiya təminatı sektorunun Kulis.Az-a verdiyi məlumata görə, Q.Rüstəmov tanınmış vəqf və nəşriyyatların rəhbərləri ilə görüşüb. Bilik Fondu barəsində ətraflı məlumat verən Q.Rüstəmovun həmin qurumlara ünvanladığı əməkdaşlıq təklifi müsbət qarşılanıb.

Türkiyə Kültür və Turizm Bakanlığı "Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü", kültür və turizm uzmanı Nizar Kara deyib ki, Türkiyənin yaradıcı təşkilatları qardaş Azərbaycanla istənilən sahədə əməkdaşlığa hazırdır.

Bilim ve Sanat Vakfının Türkiyə Araşdırmaları Mərkəzinin müdir müavini Serhat Aslaner Bilik Fondu ilə birgə müasir texnologiyalara əsaslanan intellektual, kreativ layihələr həyata keçirməyin bütün türk dünyasına fayda verə biləcəyinə əminliyini ifadə edib.

Bilik Fondunun nümayəndəsi Beynəlxalq İstanbul Kitab Yarmarkasında, həmçinin Türkiyə Kültür və Turizm Nazirliyinin layihəsi olan TEDA-nın (Türk Edebiyyatının Dışa Açılımı) icraçıları, Nazim Hikmət Vakfı, Cemal Süreya Vakfı, dünyada kitabların virtual reklamı ilə məşğul olan ingilis şirkəti PHORM, Kolumbiyanın Türkiyədəki mədəniyyət attaşeliyi, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Qadın Yazarları Dərnəyi, Bilim ve Sanat Vakfı, Türkiyə Fəlsəfə Qurumu, Məktəbəqədərki uşaqlarla iş vəqfi, “Deha akademi” uşaqlarla iş qurumu, Bülent-Rahşan Ecevit Kültür və Sənət Fondu, Türkiyə Dil Qurumu və rəsmi dövlət nümayəndələri ilə də görüşlər keçirib, gələcək əməkdaşlıqların perspektivləri müzakirə olunub.

# 4632 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər