Haruki Murakami ikinci yerə düşdü NOBEL PROQNOZU

Haruki Murakami ikinci yerə düşdü <span style="color:red;">NOBEL PROQNOZU
3 oktyabr 2014
# 12:08

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru 2014-cü il Nobel Ədəbiyyat Mükafatına ən şanslı namizədlərə verilmiş əmsalları yeniləyib. Kulis.Az-ın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, keniyalı yazıçı Nquqi va Thionqo 5.00 əmsalla (keniyalıya qoyuluş edən şəxslər o qalib gəldiyi təqdirdə hər dollara görə 5 dollar qazanacaq-red.) Nobelin dəyişməz favoriti yaponiyalı yazıçı Haruki Murakamini qabaqlayaraq birinci pilləyə yüksəlib.

İkinci sıraya enən Haruki Murakamiyə verilmiş 6.00 əmsalı isə dəyişməz qalıb.

Əlcəzairli Assia Djebar, belarus Svetlana Aleksijevitj və onluqdakı yeni yazıçı albaniyalı İsmail Kadare 11.00 əmsalla müvafiq olaraq 3, 4 və 5-ci yerləri bölüşürlər.

6 və 7-ci yerləri bölüşən amerikalı Joyce Karol Oates və norveçli Con Fosseyə verilmiş 13.00 əmsalı da dəyişməyib.

Siyahıdakı yeni adlardan biri də fransalı Patrik Modianodur ki, o da 15.00 əmsalla 8-ci sırada qərar tutub.

Suriyalı Adonis (Əli Əhməd Səid Əsbar) və çex Milan Kundera isə 17.00 əmsalla 9 və 10-cu yerdədirlər.

Onluqdan kənarda qalan İtaliyalı Umberto Eko (34.00), israilli Amos Oz (34.00), britaniyalı Salman Rüşdi (51.00) və amerikalı Bob Dilana (51.00) da verilmiş əmsallar dəyişməz olaraq qalıb.

İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il kanadalı yazıçı Elis Munroya verilib.

Mükafatın builki qalibinin adı oktyabrın əvvəllərində açıqlanacaq.

Qeyd edək ki, Nobel Ədəbiyyat Mükafatına pul qoyuluşları 5 oktyabrda başa çatır.

# 4739 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər