Zorlamada ittiham olunan rejissorun iddiası qəbul edilmədi

Zorlamada ittiham olunan rejissorun iddiası qəbul edilmədi
25 dekabr 2014
# 13:05

Kinorejissor Roman Polanski haqqında açılmış azyaşlını zorlama işinin bağlanması iddiası rədd olunub. Cinayət işi 1977-ci ildə açılıb.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, rejissorun vəkilləri 2008-2009-cu illərdə Polanskinin işinə baxan hakimlərin qanunauyğun olmayan hərəkətlərini qeyd edərək işin bağlanması iddiasını qaldırmışdılar. Lakin məhkəmə müdafiə olunan tərəfin iddialarını və işin bağlanması barədə təklifləri qəbul etməyib.

Hakimlər arqumentlərini bununla əsaslandırıb ki, rejissor azyaşlılara seksual münasibətdə özünü təqsirli bilib, lakin mühakimədən qaçaraq ABŞ-da gizlənməkdə davam edir. Həmçinin qeyd olunub ki, Polanski iddia qaldırmaq üçün Kaliforniyaya gələ bilər.

Rejissor Roman Polanski 13 yaşlı Samanta Qeymerdən seksual zəmində sui-istifadə etməkdə ittiham olunur. 1977-ci ildə hökm oxunmamışdan əvvəl o, həbsxana qospitalında psixi müayinədən keçməyə razılıq verdi. Məlum olanda ki, rejissoru bu işə görə azadlıqdan məhrum etmə cəzası gözləyir, o, Avropaya qaçdı.

Zərərçəkən hələ 1993-cü ildə kompensasiya alandan sonra iddiadan əl çəkmiş və işi bağlamağı xahiş etmişdi. Bununla belə, İnterpolun həbs haqda orderi hələ də dünyanın 188 ölkəsində keçərlidir. Bu orderə əsasən, Polanski 2009-cu ilin payızında İsveçrədə saxlanılıb və 2010-cu ilin iyulunda məhkəmə onu ABŞ-a təhvil verməmək qərarına gəlib.

# 3668 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər