"Varlı qadın" beynəlxalq teatr festivalında nümayiş olunub

"Varlı qadın" beynəlxalq teatr festivalında nümayiş olunub
30 aprel 2019
# 09:20

Rusiya Federasiyasının Adıgey Respublikasının paytaxtı Maykop şəhərində "Qafqaz təbaşir dairəsi" adlı beynəlxalq teatr festivalı keçirilib.

Şimali Osetiya Dövlət Akademik Teatrı aprelin 23-də start götürən festivala Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Varlı qadın" komediyası ilə qatılıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Bir həftə davam edən festivalda 12 tamaşa nümayiş etdirilib. Şimali Osetiya teatrının aprelin 27-də təqdim etdiyi "Varlı qadın" komediyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, adını alman dramaturqu Bertolt Brextin eyniadlı əsərindən götürmüş "Qafqaz təbaşir dairəsi" festivalının məqsədi Qafqaz xalqlarının dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

Artıq üçüncü dəfədir ki, "Varlı qadın" tamaşası beynəlxalq festivallarda xarici ölkə teatrları tərəfindən nümayiş etdirilir. Bundan əvvəl - 2008-ci ildə M.Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrı Almatı Beynəlxalq Teatr Festivalında, 2012-ci ildə isə A.Salavatov adına Kumık Dövlət Musiqili Dram Teatrı türkdilli teatrların bir araya gəldiyi məşhur "Tuqanlıq" festivalında "Varlı qadın"la çıxış edib. Hər iki teatr iki nominasiya üzrə əsas mükafatlara layiq görülüb.

Şimali Osetiya teatrının tamaşası bu il 20 yaşını qeyd edən "Varlı qadın"ın 20-ci premyerasıdır.

# 3441 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər