Bakıda qalmaqallı roman çap olundu - Mirassız Varislər

Bakıda qalmaqallı roman çap olundu - Mirassız Varislər
13 fevral 2014
# 13:06

Gənc yazıçı Kamran Qasımovun "Zero" nəşriyyatında "Mirassız varislər" adlı tarixi mövzuda sənədli detektiv romanı dərc olunub. Kəskin süjetli romanda Səfəvi hökmdarı Şah Abbasın bu günlərə qədər qorunan sirrinin üzə çıxmasından, İranın xüsusi xidmət orqanlarının bu sirrin izi ilə Azərbaycana gəlməsi və baş verən qanlı olaylardan bəhs olunur...

Rəmzkar alim Əyyub Yusifov, İran dövlətini fakt qarşında qoyacaq və Nadir şahın hakimiyyət tarixinin iç üzünü faş edəcək sirri üzə çıxarmaq niyyətindədir.... Əyyub Yusifov Naxçıvana - Ordubadın Came məscidinə doğru yön alır. Amma niyə? İran xüsusi xidmət orqanlarının onu izləməklə məqsədi nədir?

Hər şey, tarixi hadisələrdə həmişə şou axtaran gənc tarixçi Kərim Xalıqovun səfərə gedərkən taksi maşınında yandırılmasından sonra başlanır...

Operativ şöbənin əməkdaşı Leylanın atası Yaqub kişi isə can üstədir. Atası ölüm ayağında ikən, qızına qeyri-adi işarələr cızır. Bundan sonra Leyla köhnə dostu, rəmzkar alim Əyyub Yusifovdan kömək diləyir. Məlum olur ki, Yaqub kişinin cızdıqları işarələr deyil, birbaşa rəmzlərdir və onlar I Şah Abbas Səfəviyə gedib çıxır.

Rəmzləri akademik Səfərbəyli ilə müzakirə edən Əyyub, İrana yola düşməyə hazırlaşır, lakin daha sonra vəziyyət dəyişir, nəzərlər qədim Ordubadda cəmlənir...

Və ən əsası – Mirassız Varislər, zamanın çarxını geri fırlada bilərlərmi?

Bazar günü "Zero" Kitab Evində (İstiqlaliyyət 71, Sabir Bağı ilə üzbəüz) saat 13:00-17:00 arası kitabın imza günü keçiriləcək.

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər