Şahnaz Kamalın hekayələr kitabının təqdimatı keçiriləcək

Şahnaz Kamalın hekayələr kitabının təqdimatı keçiriləcək
13 avqust 2013
# 11:49

17 Avqust, saat 12:00-da gənc yazar Şahnaz Kamalın “Güldar” hekayələr kitabının təqdimatı keçiriləcək.

"Güldar" müəllifin geniş oxucu auditoriyası ilə ilk görüşüdür. Kitaba müəllifin son üç ildə qələmə aldığı hekayələr toplanmışdır. Kitaba 11 hekayə yer alır.

Hekayələr müxtəlif mövzuları əhatə edirlər. "Güldar" hekayəsində Doğu Türküstandan olan uyğur qızı Güldarın həyatından bəhs edir. Komplekssiz qız olan Güldar Peterburqda türkologiya üzrə təhsil alır və sonda da millətçi ruslar tərəfindən öldürülür. "Savalan" isə Cənubi Azərbaycanlı bir azadlıq mücahidinin həyatından bəhs edir. Bundan başqa, kitabda "Gülər", "Falçı", "Fars dili" və s hekayələr toplanılmışdı.

Şahnaz Novruz qızı Kamal(ova) Tovuz rayonunun Əhmədabad kəndində, ziyalı ailəsində doğulub. BDU - nun filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində SPbDU (SPBQU)- nun şərqşünaslıq fakültəsinin türkologiya bölməsində təhsilini davam etdirir.

Gənc Türk Yazarlar Birliyinin və "Gənclərin Söz Birliyi" İB-nin Sankt-Peterburq şəhərindəki təmsilçisidir. Ailəlidir, iki övladı var.

Xatırladaq ki, Gənclər Evi Süleyman Rüstəm küçəsi, 7 ünvanında yerləşir.

# 3209 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər