Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunub

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunub
30 iyun 2017
# 10:50

Qırğızıstanın paytaxtı Bişkekdə III “TENGRI Music 2017” Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib.

Tədbir “Prima” İctimai Fondu, Qırğızıstanın Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Bişkek şəhər meriyası tərəfindən təşkil olunub. Festivalda ABŞ, Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tanınmış musiqiçiləri iştirak ediblər.

Azərbaycanı beynəlxalq festivalda Əməkdar Artist, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və istedadlı opera müğənnisi Çinara Şirin təmsil edib. Festivalın bağlanış mərasimində dirijor Əyyub Quliyevin rəhbərliyi ilə A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestri böyük uğurla çıxış edib. Konsertin proqramında maestro Niyazinin əsərləri ilə yanaşı, V.A.Mosart, C.Rossini, C.Verdi, C.Puççini, K.Sen-Sans, J.Bize, F.Leqar, E.Kurtis, C.Gerşvinin instrumental və vokal əsərləri yer alıb. Əsərləri Ankara Dövlət Opera Teatrının solisti Umut Kosman (bariton), Bişkek Opera Teatrının solistləri Sayan İsin (tenor), Tair Beyşeyev (bas), Qırğızıstanın Əməkdar Artisti Elnura Samarbekova (soprano) və Çinara Şirin (metso-soprano) ifa ediblər. Böyük marağa səbəb olan konserti açıq səma altında 10000-dək insan izləyib. Tamaşaçıların sayı Qırğızıstanda keçirilən musiqi layihələri sırasında rekord kimi qeydə alınıb. İzdihamlı konsertin sonunda dinləyicilər beynəlxalq vokalçılar qrupunu, azərbaycanlı dirijoru və Qırğızıstan Dövlət Simfonik Orkestrinin musiqiçilərini ayaq üstə alqışlayıblar. /azertag.az/

# 2397 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər