İbad Hüseynova həsr olunmuş roman üç dildə nəşr olunub

İbad Hüseynova həsr olunmuş roman üç dildə nəşr olunub
3 aprel 2014
# 11:23

Qarabağ müharibəsinin canlı əfsanəsi, “Azərbaycan bayrağı” ordenli İbad Hüseynova həsr olunmuş sənədli cizgi romanının təqdimatı keçiriləcək.

Hədəf Nəşrlərindən verilən məlumata görə, Azərbaycan, türk və rus dillərində nəşr olunmuş “İbad” sənədli cizgi romanının müəllifi Suat Turqut, Azərbaycan dilinə tərcüməçisi Şəmil Sadiq, redaktoru Rüfət Əhmədzadədir. Yaxın zamanlarda kitabın ispan, alman, macar, yunan və erməni dillərinə də tərcüməsi planlaşdırılır.

Kitab Hədəf Nəşrləri ilə əməkdaşlıq çərçivəsində işıq üzü görüb. “İbad”romanının təqdimatı aprelin 4-də saat 12:00-da Bakı Atatürk Mərkəzində baş tutacaq.

Aprelin 5-də isə saat 11:00-da “Kitabevim.Az” Kitab Marketində Suat Turqutun imza günü və İbad Hüseynovla görüş baş tutacaq.

Erməni terrorçusu Monte Melkonyanı məhv etməsiylə məşhur olan İbad Hüseynova həsr olunmuş bu romanda yalnız Qarabağ müharibəsi yox, Azərbaycan, Türkiyə və ümumiyyətlə Türk dünyasının tarixində baş verən önəmli hadisələrə toxunulmuş, böyük şəxsiyyətlərdən söz açılmışdır.

# 5447 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər