Yaponiyanın məşhur musiqi qrupu Bakıda konsert verəcək

Yaponiyanın məşhur musiqi qrupu Bakıda konsert verəcək
24 iyun 2017
# 23:35

İyunun 29-da Xətai rayonundakı Heydər Əliyev Parkının ərazisində yerləşən “Yapon bağı”nda Yaponiyanın “Va-Liqa” musiqi qrupu möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Konsert Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Səfirlikdən bildirilib ki, konsertdə ənənəvi Azərbaycan musiqisi ilə yapon musiqisinin sintez ifaları səslənməklə yanaşı, yapon döyüş sənəti olan “aikido” və “kendo”nun nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, “Va-Liqa” Yaponiyanın ənənəvi incəsənəti ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur. Azərbaycanda dördüncü dəfə qonaq olan qrup artıq 53 ölkədə konsert proqramları ilə çıxış edib. /azertag.az/

# 2958 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər