APA Group yeni mövsümə başladı - VİDEO

APA Group yeni mövsümə başladı - VİDEO
18 sentyabr 2026
# 11:00

APA Group yeni mövsümə bir sıra yeniliklər, yeni layihələr və rəqəmsal inkişaf planları ilə başlayıb.

Yeni mövsümdə media qrupa daxil olan saytların sosial media platformaları ilə daha sıx inteqrasiyası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə saytlarda video kontentin həcminin artırılmasına, xüsusilə sosial media auditoriyasına uyğun qısa və dinamik video formatların genişləndirilməsinə başlanılıb.

Vesti.az, Lent.az və Kulis.az saytlarının mobil versiyalarının dizaynı yenilənib. Saytlara “Reels” formatında videoların əlavə edilməsi sosial media yönümlü video kontentin istehsalını və yayımını daha da genişləndirib.

APA Group-a daxil olan digər saytların, eləcə də APA İnformasiya Agentliyinin mobil versiyalarının yenilənməsi istiqamətində də işlər davam etdirilir.

Süni intellekt yeni inkişaf istiqamətlərindən biridir

APA Group yeni mövsümdə süni intellekt texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Şirkət süni intellektdən istifadəyə dair öz Etik Kodeksini qəbul edib. Bununla yanaşı, redaksiya və media proseslərində süni intellekt həllərinin tətbiqi, yeni AI alətlərinin hazırlanması və mövcud rəqəmsal məhsullara inteqrasiyası istiqamətində yeni layihələrə başlanılıb.

APA TV yeni mövsümdə yeni proqramlarla efirdədir

Yeni mövsümdə APA TV-nin proqram xətti də genişləndirilir. Tamaşaçılara müxtəlif mövzu və formatlarda yeni və yenilənmiş layihələr təqdim olunacaq:

“Xəbəraparan”, “İmpuls”, “Sözüm var”, “İman”, “Sözqaytaran”, “APA Sport”, “Ekstra müsahibə”, “Yerində”, “Ulucayla gündəm”, “Şəxsi əşyalar” və “Künc-Bucaq”.

Yeni proqramlarla APA TV-də xəbər və müsahibələrlə yanaşı, sosial, mədəni, dini-irfani, idman və gündəm mövzularında fərqli formatların payı artırılacaq.

Sosial media fəaliyyəti genişləndirilir

APA Group yeni mövsümdə sosial media fəaliyyətini də genişləndirib və bu istiqamətdə işini gücləndirib. Məqsəd media qrupa daxil olan brendlərin rəqəmsal platformalardakı auditoriyasını böyütmək, sayt və sosial media arasında kontent inteqrasiyasını artırmaq, xüsusilə video əsaslı yeni təqdimat formatlarını inkişaf etdirməkdir.

APA Group eyni zamanda www.apagroup.az korporativ saytının yenilənmiş versiyasını istifadəyə verib. Yeni korporativ sayt media qrupun fəaliyyəti, brendləri, layihələri və inkişaf istiqamətləri haqqında məlumatların vahid platformada təqdim olunmasına imkan yaradır.

# 551 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər