Mühəndislik Universitetinin tələbəsi tamaşa hazırladı

Mühəndislik Universitetinin tələbəsi tamaşa hazırladı
28 aprel 2017
# 13:00

Bakı Mühəndislik Universitetinin Mexanika Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Rüfət Quliyev Gənc Tamaşaçılar Teatrında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası ilə görkəmli yazıçı İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesi əsasında eyni adlı tamaşanın quruluşunu verib.

Kulis.azın verdiyi xəbərə görə, R.Quliyevin rejissoru olduğu romantik komediya janrındakı tamaşa auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Rüfət Quliyev 2013-cü ildən universitetin mədəniyyət şöbəsinin müdiri sənətşünaslıq elmləri doktoru Zəminə Axundovanın bədii rəhbərlik etdiyi Dram (Teatr) özfəaliyyət dərnəyində aktyor olaraq iştirak edib. Hüseynbala Mirələmovun “Xəcalət” pyesində Murad obrazını, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasında Saday bəy obrazını, Rus Dram Teatrında nümayiş olunmuş yazıçı Anarın “Ötən ilin son gecəsi” tamaşasında Süleyman obrazını və bir sıra digər obrazları məharətlə ifa edib.

Tamaşanın çox bəyənilməsi səbəbindən may ayında yenidən tamaşaçı qarşısına çıxacağı gözlənilir.

# 2626 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər