Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib YENİLƏNİB

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib YENİLƏNİB
20 sentyabr 2014
# 14:36

Gəncə ədəbi mühiti daima şöhrəti ilə seçilib və bu şöhrəti geri qaytarmağa çalışacam. Trend-in məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilən şairə Xəzangül Hüseynova deyib.

X.Hüseynova onu bu vəzifəyə layiq görülməklə üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmin şairə Xəzangül Hüseynovanın Gəncə, o cümlədən respublikada tanınıb sevildiyini, Gəncə ədəbi mühitinin də Xəzangül xanımı qəbul etməyə hazır olduğunu bildirib: “Yazıçılar Birliyi elə təşkilatlardandır ki, onun nüfuzu orda çalışan insanların tanınmağından və nüfuzundan asılıdır. Xəzangül xanımda elə insanlardandır. Şairə uzun illərdir ki, Gəncə və Azərbaycan miqyasında tanınıb. Xaricdə və Azərbaycanda çoxlu əsərləri çap olunub. Xəzangül xanım indiki dönəmdə Gəncə ədəbiyyatını Azərbaycan miqyasında, dünya miqyasında təmsil edə biləcək ən uğurlu simalardandır”

Tədbirdə çıxış edən Gəncə ədəbi mühitinin yazarları seçimin düzgün olduğunu, şairə Xəzangül Hüseynovanın AYB-nın Gəncə bölməsini layiqincə təmsil edəcəyini bildiriblər.

***

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinə yeni sədr seçilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, AYB Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.

Xəzangül Hüseynova bu gün Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, avqustun 29-da Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008 "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə C.Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

# 2941 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər