“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb
11 iyul 2013
# 10:37

“Yazı” ədəbiyyat dərgisinin 7-ci sayı işıq üzü görüb.

Dərginin nəsr bölməsində Cavidanın “Rozariya” və Fərhad Yalquzağın “Dumana qarşı” romanları, Şahnaz Kamal, Ülviyyə Tahir, Həmid Piri, Arzu Həmzə, Azad Qaradərəli, Ruqiyyə Səfərinin hekayələri çap olunub.

“Bir kitab şeir” başlığında İradə Aytelin, poeziya başlığında isə oxucular Feyziyyə, Sara Selcan, Könül Həsənqulu, Səxavət Sahil, Taleh Eminoğlu, Aytən Nəsibbəyli, Məsumə Əhədin, Xəzangül və Aybəniz Əliyarlının şeirlərini oxuya biləcəklər.

“Sözümüzün yiyələri” adı altında Y. V. Çəmənzəminlinin bir hekayəsi və Eldar Baxışın şeirləri oxuculara təqdim olunur.

Çevirmə başlığında V.Hüqonun, B.Rasselin, İ.V.Hötenin və R.U.Emersonun, orjinaldan tərcümədə isə Q.Markesin, S.Moemin, Ş.Andersonun əsərləri dərc olunub.

Dərginin essestika bölümündə Niyazi Mehdinin və Rahid Uluselin elmi-fəlsəfi yazıları yer alıb. “Palirta” bölümü istedadlı rəssam Fərhad Yalquzağın rəsmlərinə həsr olunub.

Dərginin yeni sayında digər yazılarla da tanış olmaq olar.

“Yazı” dərgisinin yeni sayını həftənin sonunda “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.

# 3160 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər