Rus tənqidçisi Kanna gedən filmimizdən yazdı

Rus tənqidçisi Kanna gedən filmimizdən yazdı
23 may 2014
# 17:47

Mayın 23-də Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramına daxil olan "Sonuncu" bədii filminin nümayişi olub. Ümumilikdə doqquz filmin daxil olduğu "Qısa metr" müsabiqə proqramının beş filmi bu gün nümayiş etdirilib və Azərbaycan filmi sonda - beşinci film olaraq tamaşaçılara təqdim olunub.

Nümayişdən sonra filmlərin rejissorları səhnəyə dəvət olunub, dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostami başda olmaqla münsiflər heyəti tamaşaçılara təqdim edilib.

Festivalda iştirak edən rus kino tənqidçiləri də filmi maraqla qarşılayıb: “Proqramda Rusiya və Azərbaycanın müştərək filmi olan “Sonuncu” da var. Onun quruluşçu rejissoru Sergey Pikalov “Mımra” və “Gözəl doğulmaqdansa” telefilmləri ilə məşhurdur, “Sonuncu” onun kino debütüdür. Tənha qoca boş bir evdə, hamı tərəfindən unudulub və qızdırma içində son günlərini yaşayır. Ona uzaq qonşusu çörək və süd gətirib. Televiziyada sonuncu müharibə veteranının öldüyü barədə növbəti xəbər verirlər- qocanın stolunda isə əskiyə bükülü halda döyüş ordenləri var. Oo heç kimə lazım deyil, yeni xəbər verilənə qədər heç kim onunla maraqlanmayacaq. Bu susqun obrazda azərbaycanlı aktyor İdris Rüstəmovun oyunu mükəmməldir. İran rejissoru Abbas Kiorostaminin rəhbərlik etdiyi münsiflərin qərarı hələ qabaqdadır. Amma 3450 filmin içindən seçilməklə 9 filmdən biri olmaq artıq ciddi uğur deməkdir” . Bu fikirləri Rusiaynın məşhur kino tənqidçisi Valeriy Kiçin festival haqqında yazısında yazıb.

Qeyd edək ki, "Sonuncu" filminin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

Xatırladaq ki, müsabiqənin nəticələri isə mayın 24-də festivalın bağlanış mərasimində məlum olacaq.

# 3524 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər