Amerikalı yazarın məşhur ixtiraçıdan qisas alması

Amerikalı yazarın məşhur ixtiraçıdan qisas alması
10 dekabr 2013
# 23:18

Amerika yazıçısı Pol Oster keçən il ilk dəfə Türkiyədə çap olunan “Qış gündəliyi” əsəri barədə danışıb. Kulis.Az-ın Haberturk.com saytına istinadən verdiyi məlumata görə yazar iki cilddən ibarət olan kitabın artıq ikinci hissəsini də tamamlayıb. İkinci hissə “Report from the Interior” adlanır.

65 yaşındakı yazıçı uşaqlığına dair yaddaşında qalan xatirələrdən başlayaraq bütün həyatını anlatdığı kitabı haqqında bunları deyir: “Bir səhər oyandım və bədənimin tarixi haqqında bir kitab yazmağa qərar verdim.”

Başına gələnləri, yaşadığı evləri, həyatındakı boşluqları qələmə alan Oster sözlərinə belə davam edir: “Kitabda anamdan da bəhs etməliydim, çünki mənim varlığım öncə onun bədənində başladı.” İkinci hissədə Oster Nyu-Cersidəki həyatından tutmuş anasıyla atasının bədbəxt ailə həyatlarına qədər bir çox məsələləri qələmə alıb.

Kitabda ən çox diqqət oyadan məsələlərdən biri isə böyük ixtiraçı Tomas Edisonun laboratoriyasında çalışan atasının işdən çıxarılma səbəbidir: “Nyu-Cersidə bizə çox yaxın yerdə qalan, hətta eyni bərbərə getdiyimiz Tomas Edison atamın yəhudi olduğunu öyrəndikdə onu işdən çıxartdı.”

Oster yeni kitabında hansı filmləri, hansı sənət adamlarını sevdiyini anlatmaqla yanaşı əvvəllki həyat yoldaşına yazdığı məktubları da yerləşdirib: “İkinci cildi yazmağa başladıqdan sonra əvvəlki xanımım Lydia (Davis) mənimlə əlaqə saxladı və göndərdiyim bütün məktubları saxladığını, istifadə edə biləcəyimi söylədi.”

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər