“Yeddi Gözəl” baleti Amerikada tamaşaya qoyuldu

 “Yeddi Gözəl” baleti Amerikada tamaşaya qoyuldu
13 oktyabr 2014
# 09:07

2014-cü il oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San Diego şəhərində üç minlik tamaşaçı salonuna malik Civic Teatrında Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi Gözəl” baletinin premyerası gerçəkləşib. Bu barədə Kulis.az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Tamaşanın premyerasında iştirak etmək üçün Azərbaycandan San Dieqo şəhərinə bir qrup nümayəndə heyəti ezam olunub.

1965-ci ildə əsası qoyulan və dunyanin məşhur incəsənət ustalarının çıxış etdiyi San Diego Civic Teatrınin səhnəsində bu günə kimi yüzlərlə opera va balet tamaşaları qoyulub, Brodvey şouları göstərilib, klassik va müasir musiqi axşamları təşkil olunub.

"Yeddi gözəl" baletinin libbrettosu, xoreografiya va səhnələşdirilməsi Civic Teatrinin bədii rəhbəri Xavyer Velasko tərəfindən həyata keçirilib. Xavyer Velasko 70-dən artıq uğurlu tamaşa muəllifidir. Qarayevin musiqisi tanınmış dirijor Randall Tviidin rəhbərliyi altinda Grossmont Simfonik Orkestri tərəfindən ifa olunub.

# 2811 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər