Məşhur rejissorun növbəti qalmaqalı

Məşhur rejissorun növbəti qalmaqalı
10 fevral 2014
# 13:41

64-cü Beynəlxalq Berlin Kinofestivalında Lars fon Trierin “Nimfoman” filminin ilk hissəsinin premyerası keçirilib. Kulis.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görəmMütəxəssislər filmi insan hiperseksuallığı mövzusunun kino araşdırması hesab ediblər.

Filmdə Co adlı qadının əhvalatı (aktrisa Şarlotta Giznburqun ifasında) danışılır. Filmin posterinə “sevgini unudun” yazılıb. Filmi izləyən mütəxəssislər həmçinin filmdən erotik həzz almağı da unutmağı məsləhət görürlər. Onların dediyinə görə bu, monumental kinokonstruksiyadır.

Filmin premyerasına iştirakçılar – Uma Turman, Şayya la Beff də qatılıblar.

Rejissor qırmızı xalçaya “Kann festivalının Persona non qratası” yazılmış köynəkdə çıxıb. Onun bu hərəkətini 2011-ci ildə Hitler haqqında səmimi sözlərə görə Kann festivalından qovulması ilə əlaqələndirirlər. Bundan əlavə, Şayya la Beff də qırmızı xalçanın üstünə başına kağız torba keçirilmiş halda çıxıb. Bu paketin üstünə “Mən artıq məşhur deyiləm” yazılıb.

Jurnalistlərin “Seksual səhnələrdə çəkilmək ona nə qədər çətin olub?” sualına o, futbolçu Erik Kantonun sitatı ilə cavab verib:

“Qağayılar balıq ovlayan gəminin ardınca balıqlar suya tullanacaq ümidilə üzürlər.”- deyə cavab verib.

# 3039 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər