Toğrul Nərimanbəyovun özü yox, külü torpağa tapşırılacaq

Toğrul Nərimanbəyovun özü yox, külü torpağa tapşırılacaq
18 iyun 2013
# 15:07

Fransa məhkəməsi (15-ci rayon tribunalı) Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması barədə qərar çıxarıb. Rəssamın qızı Əsmər Nərimanbəyovanın APA-ya verdiyi məlumata görə, məhkəmə Toğrul Nərimanbəyovun həyat yoldaşının iddiasını təmin edib və mərhumun Parisdə dəfn olunması barədə qərar çıxarıb. Qızı bildirib ki, qərarla razı deyil və apellyasiya şikayəti verəcək.

“Atamın həyat yoldaşının arzusuna əsasən Toğrul Nərimanbəyovun meyiti yandırılacaq (kremasiya) və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, atam müsəlmandır. İstəyirəm ki, o doğma Azərbaycanda dəfn olunsun”.

Əsmər Nərimanbəyova bildirib ki, atasının ölüm faktı bir həftə gizli saxlanıb, bu isə Fransa qanunvericiliyinə görə kriminal faktdır: “Mərhumun qohumlarına dezinformasiya vermək, onları dəfnin harada keçiriləcəyindən xəbərsiz qoymaq üçün əllərindən gələn hər şeyi ediblər. Əsasən də, Sevil Nərimanbəyova bəyan edib ki, həyat yoldaşını Parisin mərkəzində, nüfuzlu məzarlıqda dəfn etmək istəyir. Lakin işdəki sənədlərə görə, o atamı Sant Luendə, Parisin 93-cü rayonunda dəfn etməyə hazırlaşır, bu isə heç də Parisin mərkəzi deyil”. Əsmər Nərimanbəyova bunu əsas gətirərək məhkəmənin qərarından şikayət verməyə hazırlaşır.

Xatırladaq ki, SSRİ və Azərbaycan respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında dünyasını dəyişib. Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə müraciət edib

# 3145 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər