Gənc musiqiçilərimiz Vyanada konsert veriblər

Gənc musiqiçilərimiz Vyanada konsert veriblər
18 yanvar 2018
# 10:15

Yanvarın 17-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində gənc musiqiçilərin iştirakı ilə “Mahnılarla körpü yaradaq” adlı konsert proqramı keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara konsert ideyası haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi yarandığı ilk gündən ölkəmizin incəsənətini və musiqisini Avstriyada ən yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə Mərkəzin layihələrinə Azərbaycanın tanınan səhnə xadimləri dəvət olunur, onların avstriyalı həmkarları ilə eyni səhnəni paylaşmalarına şərait yaradılır. Bununla yanaşı, Mədəniyyət Mərkəzi yetişməkdə olan gənc sənətçilərə xüsusi diqqət ayırır, onların öz səhnə bacarıqlarını geniş ictimaiyyətə tanıtmasına dəstək göstərir. Məhz belə uğurlu əməkdaşlıq Avstriyanın Azərbaycandakı səfirliyi və Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə ərsəyə gəlib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Azərbaycanın və Avstriyanın gənc musiqiçilərinin birgə konserti barədə razılıq əldə olunub. Bununla da Avstriyanın Klagenfurt şəhərində doğulmuş Kiara Taler ilə bakılı Fidan Hüseynova və Valeh Hüseynbəyli arasında əməkdaşlığın əsası qoyulub. Dünyanın başqa ölkələrindəki həmyaşıdları ilə səhnəyə çıxmaq arzusunda olan gənc musiqiçilər insanların ön mühakimələr olmadan birlikdə çox işlərə qadir olduqlarını öz əməkdaşlıqları ilə nümayiş etdirirlər. Musiqinin insanları birləşdirən körpü rolu oynadığını və fərqli mədəniyyətə qarşı hörmət hissi aşıladığını yaxşı bilən yeniyetmələr məhz öz mahnıları ilə insanlar arasında dostluq və qarşılıqlı rəğbəti tərənnüm etmək niyyətindədirlər.

L.Qasımova ümidvar olduğunu bildirib ki, bu layihə ilk dəfə eyni səhnəni paylaşan musiqiçilərin gələcək əməkdaşlıqları üçün örnək olacaq.

Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış filmlərdən parçalar, eləcə də Azərbaycan və Avstriya xalq mahnıları ifa olunub.

Yeniyetmə musiqiçiləri birgə konsert üçün Solmaz Aslanova (vokal) və Sevinc Əzizova (fortepiano) hazırlayıblar.

# 3087 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər