“Yazıçını müğənninin ayağına vermək olmaz”

“Yazıçını müğənninin ayağına vermək olmaz”
24 oktyabr 2014
# 16:46

Yazıçı-publisist İradə Tuncay ANS telekanalında yayımlanan “Xəbərsizsinizmi?” verilişinin qonağı olub.

Yazıçı-publisist bir neçə gün əvvəl “Günəbaxan” verilişində baş verən hadisəyə münasibət bildirib. O, aparıcı Kamran Həsənlinin yazarların əlindən mikrofonu alıb, müğənni Vasif Məhərrəmliyə təqdim etməsini qınayıb:

“Yazıçıları verilişə dəvət edib, onların əlindən mikrofon almaq hansı etikaya sığışırdı, anlaya bilmədim. Bu, böyük ajiotaj yaratdı. Heç vaxt əyləndirən adamla, düşündürən insanı eyni çəkiyə qoymaq olmaz. Yazıçı ilə müğənni eyni götürülə bilməz. Müğənninin, şou adamının işi əyləndirməkdir. Yazıçının işi isə düşündürmək. Heç bir müğənniyə Nobel mükafatı vermirlər, amma yazıçıya verirlər. Toy, tamada estetikasını efirə gətirmək və bunu aparıcı adı ilə sırımaq düzgün deyil. Bu, sizin kanal olaraq öz işinizdir”.

Məlumat üçün bildirək ki, Kamran Həsənli iki gün öncə yazarlar Şərif Ağayarı, Mirmehdi Ağaoğlunu və Ağa Cəfərlini “Günəbaxan” verilişinə dəvət edərək, “Toylara yox deyək” mövzusunu müzakirə etmişdi və verilişdə qalmaqallı anlar yaşanmışdı. /axşam.az/

# 3982 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər