Facebook bu rəsm əsərinə qadağa qoyub

<b>Facebook bu rəsm əsərinə qadağa qoyub</b>
3 mart 2017
# 10:49

Facebook çılpaq qadın təsvir olunan rəsm əsərinin reklam edilməsinə qadağa qoyub.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, “Sevgili qadınlar” adlanan rəsm əsəri Avstraliya rəssamı Çarlz Blekmenə məxsusdur.

Facebook hesab edir ki, çarpayıda çılpaq uzanmış iki qadın və qara pişik təsvir olunan rəsm əsəri reklam məqsədlidir. Məhz bu səbəbə görə də onun hərrac evi Mossgreendə reklam olunmasına qadağa qoyulub.

Mossgreenin sahibi Pol Sammer sosial şəbəkənin bu qərarını təbəssümlə qarşılayıb. “Bu çox gözəl rəsm əsəridir. Rəsmdə heç bir seksuallıqdan söhbət gedə bilməz”. – Pol Sammer BBC-yə açıqlamasında bunları söyləyib.

Facebook isə bu rəsmin sosial şəbəkədə reklam olunmasının istifadəçilərə neqativ enerji ötürdüyünü düşünür: “Biz belə reklama tolerant ola bilmərik”.

Sammer hərrac evinin bu rəsm əsərinə ilk qiymətini açıqlayıb: 34 min dollar. Hərrac gələn həftə başlayacaq.

“Heç kim Facebookun qadağasından sonra bu əsər haqqında bir kəlmə də deməyib”. – Sammer deyib. Onun sözlərinə görə, Sammerin rəsmə baxan yeniyetmə qızı qadağanın səbəbini öyrənəndə gülüb.

Xatırladaq ki, qadağa qoyulan bu rəsm əsərinin müəllifi Avstraliya rəssamı, 88 yaşlı Çarlz Blekmen keçən il “Şahmat oyunu” adlı rəsm əsərindən 1,4 milyon dollara yaxın vəsait əldə etmişdi.

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər