Kamança müsabiqəsinin yekun konserti olacaq

Kamança müsabiqəsinin yekun konserti olacaq
24 may 2016
# 15:53

Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsinin yekun konserti keçiriləcəkdir.

Kulis.Azın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin inkişaf etdirilməsi və dəstəklənməsi, həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

Gənc kamança ifaçılarının I respublika müsabiqəsinin I turu 2016-cı ilin 11-26 aprel tarixində zonalar üzrə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Ağcabədi, Goranboy rayonlarında, II turu isə 2-5 may tarixində Ağdaş şəhərində keçirilmişdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 150 gənc kamança ifaçısının çıxışını qiymətləndirmişdir.

Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Şəki, Şirvan şəhər, Ağdaş, Ağstafa, Füzuli, Goranboy, Kürdəmir, Oğuz, Samux, Siyəzən, Şəmkir, Şuşa rayon uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, fəxri fərmanlarına və pul mükafatlarına layiq görülmüşlər.

# 2530 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər