Sosial şəbəkələr insanları seksdən soyudur

Sosial şəbəkələr insanları seksdən soyudur
18 dekabr 2013
# 08:45

İngiltərədə aparılan araşdırmaya görə, sosial şəbəkələrdə daha çox vaxt keçirən və maddi çətinlikləri olan cütlüklər seksdən soyuyur.

15 min ingilisin qatıldığı sorğuda 16-44 yaş arasındakıların 10 il əvvəl ilə müqayisədə ayda beş dəfədən daha az sekslə məşğul olduqları ortaya çıxıb.

1990-91 və 1999-2001-ci illərdə aparılan eyni sorğuda bu yaş qrupundakı insanların ayda 5 dəfədən çox sekslə məşğul olduqları göstərilibmiş.

Müasir həyat şəhvət hissini azaldır

Araşdırmanı aparanlar müasir həyatın şəhvət hissinə mənfi təsir göstərdiyini düşünür.

“University College London”nun professoru Kas Merserin sözlərinə görə, insanlar işləri və pulları üçün narahatdırlar. Sekslə məşğul olmaq havasında olmurlar. Amma bunun daha çox müasir həyatla bağlı olduğunu düşünürük. “İnsanlar tablet kompüterlərini, ağıllı telefonlarını yataq otaqlarına gətirir, “Twitter”ə, “Facebook”a baxır, e-maillərinə cavab verirlər” –deyir Merser.


O, həmçinin 16-44 yaş arasındakı cütlüklərin seks əvəzinə internetdə pornoya baxmağı üstün tutduqlarını deyib.

Araşdırmada ortaya çıxan başqa maraqlı məqamlar isə bunlardır:

İngiltərədəki hər altı hamiləlikdən biri plansız baş verir.

Qadın və kişilərin təxminən yarısı yaxın vaxtlarda cinsi problem yaşayıb. Sorğuda iştirak edənlərin onda biri seks həyatından narahatdır.

Cinsi istəksizlik ən çox şikayət edilən problemlərdən birincisidir, təkcə qadınlarda deyil, kişilərin də 15 faizi libido (şəhvət) çatışmazlığından əziyyət çəkir.

2000-ci ildəki sorğudan bu yana homoseksual münasibətlərin daha çox qəbul edildiyi məlum olub.

Digər maraqlı məqam da odur ki, cütlüklərin xəyanətə dözümsüzlüyü 13 il əvvəlki sorğuya nisbətən daha çoxdur.

# 4553 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər