Mikayıl Mirzənin xatirə tədbiri keçirilib

Mikayıl Mirzənin xatirə tədbiri keçirilib
30 noyabr 2017
# 17:00

Akademik Milli Dram Teatrında xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Mikayıl Mirzənin Teatr Muzeyinin arxivində saxlanılan fotolarından ibarət sərgi təqdim olunub.

Gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. R. Hüseynov qeyd edib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda, Tədris Teatrında çalışan sənətkar bir müddət sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub.

Əməkdar rəssam Rais Rəsulzadə isə Mikayıl Mirzəni teatr sənətimizin əvəzedilməz aktyoru, böyük sənətkarı kimi dəyərləndirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, xalq artistləri Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Ramiz Həsənoğlu Mikayıl Mirzə ilə bağlı xatirələrini danışıb, onun yaratdığı rolların bundan sonra da sənətsevərlərin xatirəsində yaşayacağına inam ifadə ediblər.

Qeyd olunub ki, Mikayıl Mirzə teatrda Kürd Musa, ("Vaqif"), Fərhad ("Fərhad və Şirin"), Muratov ("Qəribə oğlan"), Eyvaz ("Bizim qəribə taleyimiz"), Aslan ("Kəndçi qız"), Zahid ("Fəryad"), Elxan ("Od gəlini"), Cinli Mustafa ("Dəli yığıncağı"), İxtiyar ("İblis") rollarını ustalıqla oynayıb.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.

Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.

# 2278 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər