İçərişəhərdə incəsənət festivalı keçirilir

İçərişəhərdə incəsənət festivalı keçirilir
25 oktyabr 2017
# 10:44

Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə Bakıda Dekorativ-Tətbiqi İncəsənət Festivalı keçirilir.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a məlumat verib ki, festivalda bir neçə fotoqraf və rəssamın batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunur.

“İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında reallaşan festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq, bu milli sənət növlərinin inkişafına kömək etməklə yanaşı, yeni potensiala malik olan yaradıcı insanları kəşf etməkdən ibarətdir. Hər il olduğu kimi, bu il də təşkil olunan festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır”,- deyə D. Məmmədov söyləyib.

# 2659 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər