Animasiya filmlərimizin sərgisi keçiriləcək

Animasiya filmlərimizin sərgisi keçiriləcək
27 mart 2017
# 14:11

Aprelin 1-3-də Çexiyanın paytaxtı Praqada çex və Azərbaycan animasiya filmlərinin sərgisi keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, "Animasiya filmlərinin sehri" adlanan sərginin təşkilatçısı hazırda Çexiyada yaşayan və kino məktəbində təhsil alan Rəşid Ağamalıyevdir.

Sərginin məqsədi Çexiya və Azərbaycan mədəniyyətləri arasında əlaqə yaratmaq, Azərbaycan animasiya filmlərini tanıtmaq, bu sahədə prosesi canlandırmaqdır.

Sərgi uşaqlar, valideynlər, həmçinin animasiya və təsviri incəsənətlə maraqlanan insanlar üçündür. Bu sərgidə böyüklərin və uşaqların çex və Azərbaycan animasiyası mövzusunda hazırladığı işlər, rəsmlər, kuklalar və kollajlar təqdim olunacaq. Bu işlər rəssam və müəllim Olqa Ağamalıyevanın rəhbəyi ilə həyata keçirilib.

Sərgi zamanı azərbaycan və çex cizgi filmləri, kukla teatrı tamaşaları göstəriləcək, peşəkarların mühazirələri və animasiya üzrə təlimlər keçiriləcək.

Sərgidə çex və Azərbaycan animasiya rejissorları iştirak edəcəklər. Rejissor Elçin Hami Axundov Azərbaycan animasiyası haqqında mühazirə oxuyacaq. Çex rejissorlar Jan Saska və Jan Bubenicek öz yaradıcılığdan söz açacaqlar və öz filmlərini təqdim edəcəklər.

Sərgi münasibətilə Azərbaycan animasiya kinosuna həsr olunan kitab nəşrə hazırlanır. Kitabda tanınmış kinoşünasların və qələm adamlarının – Aygün Aslanova, Aliyə Dadaşova, Aydın Kazımzadə, Sevinc Əzimova, Dadaş Məmmədov, Leyla Novruzinin məqalələri ilə yanaşı, xarici müəlliflərin Azərbaycan animasiya kinosu qəhrəmanlarına həsr olunmuş məqalələri toplanıb. Slovakiyalı kinoşünası Andrey Xovanets məqaləsində Firənqiz Qurbanovanın “Seans” filmini interpretə edir, çex rejissor-animator Karolina Çijkova isə müxtəlif illərə aid Cırtdan haqqında olan filmlərin misalında 70-80-ci illərin texniki işləmələr və ənənələrinin qorunub saxlanılmasının vacibliyini izah edir.

“Azərbaycan animasiyası” kitabın tərtibatçı Rəşid Ağamalıyev qeyd edir ki, elmi-populyar üslubda hazırlanmış bu kitab gələcəkdə də Azərbaycan animasiya kinosunun geniş tədqiqi üçün açar rolunu oynayacaq.

# 3202 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər